Page 287 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 287
Øota Èataøvili
SONRA ÖLÜMÜ
EVDӘN QOVDUQ
1998-ci il aprelin 25-i.
20:50
Oksana hәyasız deyil. Oksana ölür.
24:00
Doqquz dәnә iri çanta heç yerә yerlәşmәz. Sabaha qonaq
gözlәyirik. Sağlam adamlardı.
24:35
O, heç nә yemir ki, ürәyi bulanmasın. Oksana üzәrinә
nazik dәri çәkilmiş sümüklәrdәn ibarәtdi. Әt-filan yoxdu.
Gecәdәn xeyli keçib, dәqiq vaxtı bilmirәm.
Özümә bir qaşıq bal, bir qaşıq da vişnә şirәsi süzdüm.
Maraqlı işdi: Oksananın qanı artıq vişnә rәngindә deyil, indi
bal kimi açıq rәngdәdi, ola bilsin, Oksana Allahı yadına salırsa,
şirindi.
Yenә gecәyarı.
Birdәn o gәtirdiyi çiçәklәrin susuz qaldığını görsә?.. Şota
televizoru söndürdü. Birazdan yatacağıq. Oksana Gürcüstanda
ölmәk istәyir...
(Sәn demә, ondan sonra hәlә nәsә qalıbmış... Sәkkiz ildәn
sonra Maya ilә birgә ailә arxivindә onun bir parça köhnә dәftәr
vәrәqinә yazdığı o bir neçә kәlmәni tapdıq.)
Oksana gülümsünәndә dodaqlarının künclәrinin dәrisi çat-
çat olurdu. O, әliylә ağzını tutur, adama elә gәlirdi ki, çaşqın
tәbәssümündәn qan damır. 287
Oksana әvvәlki kimi çox siqaret çәkirdi... Üçaylıq qızıma
ziyan dәymәsin deyә, onda pillәkәn meydançasına, ya da ey-
vana çıxırdıq. Siqareti sәssiz-sәmirsiz sümürür, astadan
danışırdıq. Külәk küllә birgә köhnә xatirәlәrimizi dә süpürüb
aparır, bütün şәhәrә sәpәlәyirdi, elә bil onun vәsiyyәti elә bu
idi... Bir dәfә qadının divara yapışmış kölgәsi sirr açırmış kimi
mәnә dedi: “Ölәrsәn, ölәrsәn, ölmәsәn, belә dә yaşamaq olar”.