Page 25 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 25
Mixeil Cavaxiøvili
kimi şәhәrә gәl, özünlә bir az pul da götür. Әgәr gәlә bilmәsәn,
kiçik mәktubla göndәr, yoxsa dәrddәn Abdullanın gözünә
yuxu getmir. İki hәftә dә gәlә bilmәsәn, yaxud mәktub
yazmasan, bil ki, sәnin Abdullan dәrddәn ölәr. Fatma, balaca
Vәlini Abdullanın әvәzindәn yüz dәfә öp. Yaxşı, salamat qal,
Fatmacan! Allah xeyir mokses. Sağlıqla qal, Fatma, salamat
qal! Sәnin kişin Abdulla Kәrim oğlu”.
Abdulla serili, yәni müddәti gözlәyirdi. İki hәftәnin üstünә
iki hәftә dә әlavә olundu. Hövsәlәsi daralmış Abdulla özünә
yer tapa bilmirdi, sarvanlı havalı kimi vurnuxur, әl-qolunu
ölçә-ölçә öz-özünә danışırdı:
– Allah, bu nә xәbәrdir? Allah, bu nә әlamәtdir?
Abdullanın sifәti bulud kimi tutulmuş, qış gecәsi kimi
qaralmışdı.
Şakronun hәbs müddәti başa çatdı.
– Salamat qal, qardaşım Abdulla, salamat qal!
– Salamat ol, zmao Şakro, salamat ol. Yoldaşın vә qardaşın
Abdullanı unutma.
Şakro Abdullaya öz evinin yerini dedi, ürәk-dirәk verdi,
zmabiçurad – qardaşlığı ilә qucaqlaşıb vidalaşdı..
Elә hәmin günlәrdә Abdulla tәcridxananın rәisinә dedi:
– Mәn dә Avçalaya getmәk, orada işlәmәk istәyirәm.
Abdullanın cәmi dörd ayı qalmışdı, ona görә bir neçә
gündәn sonra, çox fikirlәşmәdәn, onu da işlәmәyә göndәrdilәr.
Sarvanlı sanki azadlığa çıxmışdı, sәrbәst gәzib-dolaşır,
әtrafı gözdәn keçirirdi.
Dustaq fәhlәlәri yalnız qaranlıq düşәndә sayırdılar,
daxmaya doldurub qapısını bağlayır, sәhәr tezdәn yenidәn işә 25
aparırdılar.
Bir gün dustaqları sayarkәn Abdulla Kәrimin hәmişәki:
1
“aka var” cavabı eşidilmәdi. Hәr tәrәfi axtardılar, soruşdular,
aydınlaşdırdılar. Belә çıxırdı ki, Abdulla qaçmışdı. Bu cür
sakit, başıaşağı dustaq qaçıb? Özü dә nә vaxt? Üç ili başa
vurub, hәbs müddәtinin qurtarmasına üç ay qalmış…
1
Burdayam (gürc.).