Page 23 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 23
Mixeil Cavaxiøvili
– Fatma! Evdә tәk qalma! Әli Qurban mәrd adamdır...
Abdulla sәnin sәdaqәtinә inanır, amma… bilirsәn, kәnd
camaatı şayiә gәzdirәndir. Abdullanın bibisini gәtir, o sәnә
kömәk etsin, hәyan olsun.
– Nә dedin, maralım? Artıq gәtirmisәn? Demәli, birgә
yaşayırsınız? Fatma xanım, qoçaq! Sәnә qurban olum, Fatma,
qurban!
Necә yәni getmәk vaxtıdır? Gözәtçi, soda – bir az gözlә!
Abdulla yetim qalıb, anası ölüb, anası! Söhbәtimiz yarımçıq
qalıb. Hәlә çox şeylәrdәn danışmalıyıq.
1
– Moisa, kaso, moisade deyirәm mәn sәnә! Ooh donuz!
İt! Köpәkoğlu! Fatma, qurban olum sәnә! Vәli, salamat qal!
Salam-a-at!
Barmaqlıqdan uzaqlaşdırılan sarvanlı elә sәndirlәyirdi ki,
sanki boynundan dәyirman daşı asmışdılar.
VI
Doğrudanmı Abdullanın evinin dirәyi sınmışdı? Doğru -
danmı ocağına su tökülmüşdü? Abdullanın yuvası doğrudanmı
dağılırdı?
Fatma qoçaq qadındır, lakin yenә dә qadındır. Bu dünyada
şәr atan insanlar çoxdur. Yiyәsizlikdәn istifadә edәr, Abdul -
lanın var-dövlәtini hissә-hissә apararlar.
Bu gün Fatma da elә bunu deyirdi: on qoyun, bir düyә,
bәzi xırda-para şeylәr itib. İndi Abdullanın nәyi qalıb? Bir
camışı, iki kәlçәsi, bir inәyi, üç düyәsi, bir eşşәyi vә... bitib-
tükәnmәyәn dәrd-sәri. Aydındır ki, dustağın evindә bәdbәxtlik
mәskәn salmışdı, Abdulla özü onu qovmasa, ailәdәn ayağını 23
çәkәn deyildi.
– Allah, әgәr varsansa, öz qüdrәtini göstәr, Abdullaya
kömәk әlini uzat! Allah! Allah!
Vaxt ağır-ağır, sanki imәklәyә-imәklәyә ötüb-keçdi; elә bil
qırxayaq sürünür, sarvanlının nәfәsini dә qırğı kimi özü ilә
aparırdı.
1
Dayan, a kişi, dayan (gürc.).