Page 24 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 24
Görcö nÿsri antologiyası
Tәcridxananın әtrafı yenә qar örtüyünә büründü, sonra
yenidәn yaşıllaşdı.
Әvvәllәr Abdullaya Fatmadan bir-iki ayda heç olmasa bir
mәktub gәlirdi; üç-dörd aydan bir Fatmanın özü dә gәlib ona
baş çәkirdi. Lakin altı ay idi ki, nә mәktub gәlirdi, nә dә
Fatmanın özü.
– Nә olub axı, Fatma? Ay qadın, olmaya sәn dә Zöhrәnin
ardınca getdin? Bәlkә, xәstәsәn? Bәlkә, sәni qaçırıblar? Niyә
susmusan, yazıq Abdullaya niyә işgәncә verirsәn?
Nә baldızından xәbәr vardı, nә dә Abdullanın әmisi oğlu
Hüseyndәn.
Abdullanı bir dәfә yenә çağırdılar, yenә dedilәr ki:
qamousxades – yәni bir ilini dә azaltdılar.
– Şakro qardaş, Abdullaya kömәk et! Qadan alım, Şakro,
yaxşı hesabla, qardaşın Kәrim oğlu buradan nә vaxt gedәcәk?
Nә dedin? Beş aydan sonra?
– La İlahә İllallah! Hökumәt, çox sağ ol, çox! Allah sәnә
yaxşılıq versin. Çox minnәtdaram, çox! Allah kömәyin olsun,
ay belә hökumәt! Şakro, gәl Candar stansiyasının keşikçisi
Mixa Kikilaşviliyә mәktub yazaq, aparıb Fatmaya versin. Bir
halda ki sarvanlı baldızım Abdullaya cavab vermir, qoy Mixa
Fatmanın yanına gedib başıma gәlәnlәri ona danışsın. Mixa
Abdullanın dostudur, yaxşı yoldaşdır. Yaxşı, otur yaz!
“Fatma, mәnim Fatmam! Altı aydır ki, sәndәn xәbәr-әtәr
yoxdur, özün dә gәlmirsәn. Fatma, xәstәlәnmisәn, yoxsa
Abdullanı daivisxe? İki mәktub yazdım, ancaq cavab yoxdur.
1
Ar vişi ağlayımmı, gülümmü?.. Sәn yadıma düşәndә gözlәrim
24 yaşarır. Bәlkә, Abdullanı unutmusan? Bәlkә, özünә başqa kişi,
başqa әr tapmısan? Doğrusu, gülmәyim gәlir, çünki çox
sevinirәm, beşcә ayım qalıb, sonra Sarvana gәlәr, yeni hәyata
başlayaram. Sәn dә sevinirsәn, elә deyilmi? Sevin, Abdulla
qadanı alsın, sevin vә gül. Amma hәm dә çox kәdәrliyәm.
Niyә sәndәn xәbәr-әtәr yoxdur? Oğlum Vәli necәdir? Mal-
qaram, ailәm necәdir? Fatma, gözümün işığı! Bu mәktubu alan
1
Saya salmırsan (gürc.).