Page 29 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 29

Mixeil Cavaxiøvili

             – Qamarcoba, yoldaşlar! Qamarcoba, yoldaşlar, zmebo!
          Bax, sizin Abdulla qayıtdı. Artıq Abdulla Kәrim oğlu qaçaqdır.
          Böyük qaçaq! Beş adam öldürdüm, xuti! –  Sonra azәrbaycanlı
          qana bulaşmış beş barmağını qırmızı şam kimi yellәtdi. –  Erti
          qasi Mustafa movqali, onun göyçәk arvadı Zeynәbi, onun
          anasını vә iki balaca oğlunu, sul xuti qasi, xuti!
             Bütün bunları xırıltılı sәslә bәyan edib, başını aşağı saldı
          vә özünün әvvәlki kamerasına doğru addımladı.
             Bir neçә aydan sonra Abdulla yenә hәmin salonda idi, üç
          il әvvәl ona ati selisadi tәyin olunmuş salonda.
             Böyük otaq yenә dә adamla dolu idi, lakin küncdә nә
          mәrhum Zöhrә görünürdü, nә dә alagözlü Fatma. İndi Abdulla
          Kәrim tәk qalmışdı, tәk-tәnha.  Yalnız zmobili Şakro onu
          unutmamışdı, uzaqda dayanıb, baş barmağını göstәrir,  ona
          ürәk-dirәk verirdi.
             Hakimlәr yenә dә hәmin otaqdan çıxdılar, yenә dә hәmin
          mizin arxasında әylәşdilәr.
             – Abdulla Kәrim, hadisәni danışın.
             Abdulla ayağa durdu, barmaqlığa söykәndi. Әvvәlcә
          uzaqdan başladı, üç ilin әziyyәtini sadә dillә tәsvir etdi, axırda
          başına gәlәn sonuncu hadisәni söylәmәyә başladı:
             –  Avcalada işlәyirdim. Qaçmaq fikrim yox idi. Vallah,
          qaçmaq istәmirdim. Vur-tut üç ayım qalmışdı. Şәhәrdә bir
          qardaşlığım vardı, –  o, Şakro tәrәfә baxdı. –  Bir dәfә o qardaş
          mәnә ismarıc göndәrdi ki, zma Abdulla, kәnddә alәm dәyib
          bir-birinә, işlәr xarabdır. Ürәyim dözmәdi, dedim gedib xәbәr
                                                2
          öyrәnәrәm, ertәsi gün qayıdaram. Cavidet, ancaq... Allah,
          Abdullanın nә çәkdiyini tәk sәn bilirsәn. Evim dağılıb, arvad-  29
          uşağım yox olub. Arvadım Fatmanı vә oğlum Vәlini nökәrim
          Әli Qurban qaçırıb, Qazağa aparıb. Bir az malım qalmışdı, onu
                            3
          da, zroxa da qameçi dә satıb aparıblar. Evimi dә qonşular
          dağıdıblar. Abdullaya qalan qara buxarı vә acı göz yaşlarıdır.
          Mәn mәhv olmuşam, ailәm dağılıb! Öz-özümә dedim ki,

          2
          Getdim (gürc.)
          3
          Öküzlər və camışlar (gürc.)
   24   25   26   27   28   29   30   31   32   33   34