Page 31 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 31

Mixeil Cavaxiøvili

             – Mustafanın anasını necә öldürdün?
             – Ar visi, Allaha and olsun, ar visi.
             – Mustafanın arvadını?
             – Ar visi...Vallah, yadımda deyil! –  sarvanlı sәsini qal -
          dırdı.
             – Uşaqları? Heç olmasa, uşaqlara yazığın gәlmәdi?
             – Sizә deyirәm ki, ar visi...Vallah, yadıma düşmür... Heç
          nә yadıma düşmür... Allaha and olsun, yadıma düşmür, –
          sarvanlı hirsindәn bağırdı.
             – Şahidi çağırın.
             O gecә Mustafanın evindә qoca qadın qohumu varmış. O,
          qaranlıq küncdә uzandığı üçün xilas olmuşdu; Abdulla onun
          burada olduğundan xәbәr tutmamışdı.
             Hә, indi yadına düşdü: Abdulla Sarvandan atla tәrpәnәndә
          hәmin bu qadın tükürpәdici sәslә şivәn qoparıb, bütün kәndi
          oyatmışdı. Bu qarı indi Abdullanın söylәdiklәrini dә, Musta -
          fanın dediklәrini dә tәsdiqlәdi.
             – Abdulla Kәrim oğlu! Son sözünüzü deyin.
             –  Yoldaşlar! Hakimlәr! Bax indi Abdulla nә demәlidir?
          Öz başına gәlәnlәri söylәdi, sәmimi-qәlblә hәr şeyi boynuna
          aldı – ürәyini açdı. Hәr şeyi özünüz eşitdiniz, gördünüz.
          Abdullanın gizli heç nәyi yoxdur, indi isә... Bilirәm ki,
          Abdullanın hәyatı bitib. Mәn yaşamaq istәmirәm. İstәrsәniz
          suda boğun, istәrsәniz güllәlәyin, ya asın. Vallah, hәbsxana
          suda boğulmaqdan pisdir. Allaha and olsun, ondansa yenә
          güllә yaxşıdır! Yoldaşlar, qardaşlar... Zmebo... Amxanaqebo!
          Başqa heç nә deyә bilmәrәm.
             Sonra sarvanlı barmaqlıqdan yapışıb, dәrin nәfәs aldı vә  31
          birdәn-birә bağırmağa başladı:
             –  Hәbsxanaya getmәk istәmirәm, istәmirәm!
             Yenә üç il әvvәl baş verәnlәr tәkrarlandı: hakimlәr getdilәr.
          İndi sarvanlı tәk-tәnha oturmuşdu. Amma indi nә anası ah-uf
          edirdi, nә arvadı gülümsәyirdi, nә dә oğlu totuq әllәrini ona
          sarı uzadırdı.
             Bir saatdan sonra hakimlәr qayıdıb gәldilәr. Sәdr әvvәlki
          qaydada uzun hökmü oxumağa başladı:
   26   27   28   29   30   31   32   33   34   35   36