Page 35 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 35

Konstantin Qamsaxurdia

          sahilinә gedib, sübhçağı meşә әtrafında erkәk qırqovulların
          havalanmasına tamaşa etmәk deyildi. Yox, ertәsi gün Nodar
          qәrb cәbhәsinә gedirdi. Muxran şәrabını kefsiz içirdik.
             Sükutu divar saatının ahәngdar çıqqıltısı pozurdu.
             Üç ayda Nodarın gicgahları ağarmışdı. Ağarmış saçları
          müxtәlif rәnglәrә çalırdı. Onu nәyәsә vadar elәmәk, ondan heç
          nә eşitmәk istәmirdim, istәmirdim ki, başına gәlәnlәri yenidәn
          yaşasın. Әvәzindә ona ağ Muxran şәrabı tәklif elәyir, Alazani
          sahilindә, sәhәrәcәn yanan tonqalın әtrafında keçirdiyimiz
          günlәri yada salır, onu ruhlandırmağa çalışırdım.
             – Özün yaxşı bilirsәn, sәlis danışmağı o qәdәr dә
          bacarmıram, yazı-pozudan da bir elә başım çıxmır, ancaq
          müharibәdә gördüklәrimi böyük söz ustadları belә, kağıza
          köçürmәk iqtidarında deyil, çünki bunları sözlә ifadә etmәk
          olmaz.
             Bu sözlәri kapitan Çirideleli – sözün hikmәtini bilәn,
          müharibәlәrdә böyük fәdakarlıq göstәrmiş igid deyirdi.
             Sәhәrә kimi oturub söhbәt etdik. Gözlәrimi saata
          zillәmişdim. Qorxurdum ki, qonağım qatara geciksin.
          Dәhlizdәn uşaqların ayaq sәslәri eşidildi. Balaca Zviadım
          başlığı başına sarıyıb, tüfәngi çiyninә almışdı.
             – Gәl dayına yaxşı yol de, –  onu çağırdım.
                 Zviad ordeni, tapançası, rombları vә parıltılı qotazı
          olan dayısına baxıb sevincini gizlәdә bilmir, gözlәri
          parıldayırdı.
             – Mәnim dә bu yaşda oğlum var, – Çirideleli dedi. –
          İnandırım sәni, hәlә sağ ayağımın ağrıları keçmәyib, ancaq
          yenidәn orduya qayıdıram ki, faşizmin kökünü qazıyaq,     35
          üçyaşlı uşaqlarımızın gәlәcәkdә qan tökmәsinә ehtiyac
          qalmasın.
             Zviadın başlığı kapitana bir әhvalatı xatırlatdı, mәn dә hәr
          şeyi olduğu kimi bura yazdım:
             “Bir hәftәydi ki, Qәrb cәbhәsindә döyüşürdük. Belarusun
          kiçik bir şәhәri  üç dәfә әldәn-әlә keçmişdi. Yeddinci gün
          faşistlәr yenidәn hücuma başladı.  Hәmin hәftәnin birinci günü
   30   31   32   33   34   35   36   37   38   39   40