Page 37 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 37

Konstantin Qamsaxurdia

          havada yellәnirdi. Onlar astadan söhbәt elәyә-elәyә ocağın
          әtrafında qızınırdılar. Uzun müddәt yuxusuz olduğuma görә,
          mәni dә mürgü basırdı, bizimkilәrin sakit danışığı cingiltili sәs
          kimi qulaqlarımı cırmaqlayırdı. Bu zaman qaranlıqda bir adam
          anasının başına and içdi. “Yәqin, gürcüdür”, –  fikirlәşib
          tankın lükündәn bayıra boylandım. Külәk güclәnirdi. Hәmin
          adam tonqalların әtrafında gәzişirdi.O üç nәfәr isә hәlә dә
          ölәziyәn ocağın әtrafında oturmuşdular.
             – Qәşәng başlığınız var, –  dәbilqәli әsgәr yoldaşına dedi.
             – Anam mәni bu başlıqla yola saldı; dedi, sәni isti saxlaya -
          caq.  – İkinci әsgәr cavab verib ocağa çırpı atdı.
             – Yaralasalar, bu başlıqdan sarğı kimi dә istifadә elәyә
          bilәrsәn, –  digәr әsgәr әlavә elәdi.
             Ocağın әtrafında oturanlara göz gәzdirdim. Söhbәt zamanı
          başında dәbilqә olan vә yatan adam başını qaldırdı. Onlardan
          biri ukraynalıya, digәri isә ryazanlıya oxşayırdı.
             Qeyri-adi sәhnә idi. Elә tәsәvvür elәyirdim ki, bir neçә
          dәbilqәli igidin arasında qara bığlı cәngavәr oturub. Qaran -
          lıqda başlığı mәnә dәbilqә kimi görünürdü. O, elә bil ocağın
          әtrafında ukraynalı vә rus dostları ilә oturmaq üçün keçmiş za-
          mandan gәlmişdi.
             – Deyәsәn, pulemyotçu taborunun komandirlәridir, –
          mexa nik-sürücüm dillәndi.
             Tankdan enmәk qәrarına gәldim. Ancaq yenidәn mәr -
          milәrin sәsi eşidildi,  döyüşә hazırlaşıb tәzәdәn küçәyә çıxmalı
          olduq.
             Sәhәrçağı hücuma başladıq. Qәrb tәrәfdәn almanların bir
          tank diviziyası yenidәn hәrәkәtә başlayıb üstümüzә gәldi. Bizә  37
          atәş açdılar, biz dә motoatıcı dәstәni irәli çәkdik. Tanklar bege-
          motlar kimi üz-üzә gәldi.
             Döyüş meydanı cәhәnnәmi xatırladırdı. Düz on gün vu -
          ruşduq. Mәrmilәrin gurultusundan yer-göy lәrzәyә gәlmişdi.
          Bir neçә alman tankçısını әsir götürdük. Bir feldfebeli şәxsәn
          dindirdim, bәzi mәsәlәlәrә aydınlıq gәldi:
             Sәn demә, döyüşlәrin üçüncü günü almanların tank
          diviziyasının bir hissәsi geri çәkilmәk istәyib. Ancaq qәrbә
   32   33   34   35   36   37   38   39   40   41   42