Page 41 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 41

Cabua Amirecibi



                           MӘN ÖZÜM


                 ürkülü avqustun son günlәri idi, dәrә gün işığına qәrq
             Bolmuşdu. O, dayanmadan çayın kәnarıyla addım -
          layırdı. Çiynindәn iri çanta asılmışdı. Çantanın içindә yataq
          torbası vә sәyyahların ins-cins olmayan yerlәrdә istifadә etdiyi
          bir neçә şey-şüyü vardı. O biri çiynindәn tüfәng sallanırdı,
          kәmәrindәn köhnә xәncәr, geoloq çәkici asılmışdı. Düzәn -
          likdә, sürәtlә axan çayın kәnarındaydı, әtrafını keçilmәz meşә
          sarmışdı. Meşә elә sıx idi ki, bәzәn xәncәrdәn istifadә etmәli
          olurdu. Brezent paltarına pıtırğanlar yapışmışdı, tüfәngi vә bel
          çantası ora-bura dәyirdi.
             O, açıqlığa gәlib çıxdı, ayaqlarının altında qum xırçıl -
          dayırdı. Qoluyla alnının tәrini silib fikirlәşdi:
             “Nә düzdәn keçmәk olur, nә dә dәrәdәn. Sıx meşәdәn
          keçmәk – yuxarı  sürünmәk kimi bir şeydir! Düzdür, “sürün -
          mәk” qınaq kimi sәslәnir, ancaq hәyat da belәdir axı – bәzәn
          yerimәk әvәzinә mәhz sürünmәli oluruq!”
             O, gülüb dәrәyә tәrәf boylandı. Dağların әtәyindәki
          çaylağa doğru әyri-üyrü yol uzanırdı.  Qayalığın üstünә qalxdı,
          amma artıq çayın qırağıyla irәlilәmәk mümkün deyildi.
          Yenidәn meşәylә, enişli-yoxuşlu yollarla getmәli, qayaların
          üzәrindәn keçmәli idi. Belә dә etmәk istәyirdi, amma elә bu
          vaxt qayanın üzәrindә, sudan üç metr aralıdakı hündürlükdә
          qar gördü. Oranı yaxşı-yaxşı gözdәn keçirdi. Sonra tüfәngini,
          bel çantasını yerә qoydu, kәmәrini açıb çaya tәrәf getdi. Ra-
          hatca irәlilәyirdi, deyәsәn, artıq yola-rizә alışmışdı. Amma  41
          birdәn-birә sürüşüb, şappıltıyla suya düşdü. Dәrhal başını
          sudan çıxardı, bir müddәt özünü axına buraxdı, sonra suyu
          yarıb üzә çıxdı.
             “Ay insan balası, uzaq yolla get dә, rahat get... eybi yoxdur,
          әvәzindә çimdim, sәrinlәdim... yoxsa tәhlükәsiz çimmәyimә
          kimsә mane olurdu?.. Vәssalam, geriyә yol yoxdur! Yoluma
          davam edәcәyәm!”.
   36   37   38   39   40   41   42   43   44   45   46