Page 39 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 39
Konstantin Qamsaxurdia
– Quriyada qoca anam var, istәmirәm öldüyümü bilsin.
Qoy elә bilsin sağam, qәm çәkmәdәn yaşasın, hәmişә yolumu
gözlәsin.
Onu aparıb, tankın içәrisindә uzatdım. Tәsәvvür elәyin,
meyiti neçә gün tankda saxladım. O gün onun әvәzinә dә
rәşadәtlә döyüşdüm. Hәmin әrәfәdә әmr aldıq, bizi başqa
cәbhәyә göndәrdilәr.
Bir dağın әtәyindә qovaq ağacları sırayla düzülmüşdü.
Namәlum igidi vәtәnindәki qovaqlara oxşayan ağacların
yanın da dәfn elәdik. O, mәnә böyük sәlәflәrimizi xatırlatdı –
onlar da heç vaxt gürcü başlığına qarşı sәdaqәtlәrini itirmә -
yiblәr.
Onları yaxşı tanıyırsan: Vaxtanq Qorqasali vә David
Ağmaşenebeli haqqında danışıram. Üçüncü Baqrat, Dördüncü
Baqrat, Birinci Georgi, İkinci Georgi, Üçüncü Georgi, Yed-
dinci Georgi, istәsәn lap on birinci Georgini vә hәtta igid İrak-
lini dә yada sala bilәrik. Eh, hansı birini deyim? Onların hәr
biri bizim fәxrimizdir. Namәlum qәhrәmanı sәn dә sevirsәn.
Bu әhvalatı ona görә danışdım ...
– Qatara gecikmәkdәn qorxuram, – kapitan Çirideleli
saatına baxıb ayağa qalxdı.
39