Page 33 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 33
KONSTANTİN QAMSAXURDİA
(1891–1975)
Nasir, әdәbiyyatşünas; Meqrelianın Abaşa kәndindә
doğulub. Peterburq Universitetindә tәhsil alıb. 1925-ci ildә
“Dionisin tәbәssümü” adlı ilk romanının nәşrindәn sonra
alman dili fәnnini tәdris etdiyi Tbilisi Universitetindәn qovu-
lub, 10 il hәbs cәzasına mәhkum edilib. “Ayın oğurlanması”,
“Rәhbәr”, “Böyük ustadın sağ әli”, “Qurucu David”
romanlarının müәllifidir. “Böyük ustadın sağ әli” vә “Ayın
oğurlanması” әsәrlәri ekranlaşdırılıb, “Qurucu David”
romanı Ş.Rustaveli adına Dövlәt mükafatına layiq görülüb.
33