Page 20 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 20
Görcö nÿsri antologiyası
görәcәk, Abdullanın hәmin qatarla göndәrdiyi salamı da
alacaqlar.
Off, kaş indi o hәmin qatarın vaqonlarından birindә olaydı!
Candara çatan kimi, vaqondan sıçrayıb düşәr, qaça-qaça
Sarvana girәr, arvad-uşağını qucaqlayıb, bağrına basardı.
Allah, Allah! Nә olar, Abdullaya hasardan aşmağa imkan
ver! Sarvana aparan başqa yol da tapmaq olar. Odur bax, qara
yol da oraya gedir. Odur, borçalıların lәngәrli arabaları da o
tәrәfә aparır. Aha, bu da marneulilәrin arabaları. Odur,
candarlıların arabaları da... Abdulla tanıyır, bütün borçalıları
tanıyır!.. Әslindә, Abdullaya qara yol vә ya araba da lazım
deyil. Dustaq tәcridxananın yüz addımlığından başlayan
Şavnabadın zirvәsinә qalxacaq, sonra Gümüşün gölünә tәrәf
qaçacaq, Yağlıca otlaqlarını keçib, birbaşa Sarvana girәcәk.
Odur, bostanda üç adam işlәyir; zavodun giriş qapısının
önündә qızla oğlan dayanıb, deyәsәn, sevgilidirlәr; yolda uşaq
qaçır, ardınca it düşüb; Soğanlığa doğru beş qarğa uçur. Ah,
onların hamısı necә dә azaddır!
Bostanda işlәyәnlәr, qızla oğlan, yolda qaçan uşaq, necә
xoşbәxt, nә qәdәr bәxtәvәr olduğunuzu bilirsinizmi?.. Siz,
Borçalı arabaçıları, öz elinizә gedirsiniz, kaş yerinizә mәn
olaydım! Bu gecә öz evinizә gedәcәk, arvad-uşağa hәdiyyәlәr
aparacaqsınız. Eeh, quyruqsuz it, ala qarğalar! Siz dә Abdul -
ladan xoşbәxtsiniz, on dәfә, hәtta min dәfә xoşbәxt... Çünki
ayaqlarınız vә qanadlarınız bağlı deyil, istәsәniz sağa uçar -
sınız, istәsәniz sola, istәsәniz oxuyar, istәsәniz qarıl daşar sınız,
lap başı üstә yıxılar, yenidәn göyә millәnәrsiniz. Abdulla isә...
20 Abdullanı ürәkdәn bayatı oxumağa da qoymurdular! Odur
ki, o, elә alçaqdan zümzümә edirdi ki, öz qәlbinin ah-nalәsini
özü belә güclә eşidirdi:
– Hay balam, bal-a-a-m!
Ellәr vay әkdi, gül dәrdi,
Mәn gül әkdim, vay dәr-d-i-i-m!
Vay dәrdim...Vay balam, balam...