Page 16 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 16
Görcö nÿsri antologiyası
– Hey, ana-a-a! Fatma-a-a!
Qadınlar arabada hәrәkәtә gәlib, vay-şivәn qopardılar:
– Abdulla-a-a!.. Abdulla-a-a!
– Sağ oluu-u-un! Salamat qalın! Salamat qalın! – Dustaq
tükürpәdici sәslә bağırdı.
– Sağ ol, Abdulla, salamat qa-a-al! – çılğın sәslәr eşidildi.
Bayırdan gözәtçi bağırır, lakin Abdulla heç nә eşitmirdi.
Hәlә dә yaylığını yellәdir, pәncәrәnin dәmir barmaqlığını
dartışdırır, qışqırırdı:
– Sağ ol, ana-aa! Salamat qaa-al, Fatma!
Qәflәtәn divarın dibindәn tüfәng sәsi eşidildi, güllәnin
qopardığı toz azәrbaycanlının sir-sifәtinә sәpәlәndi.
Tәhlükә Abdullanı daha da hirslәndirdi: yenidәn hәr iki әli
ilә pәncәrәnin barmaqlığını dartışdırmağa, qeyzlәnib atәş açan
gözәtçiyә qışqırmağa başladı:
– Hey, köpәyoğlu! İt! Donuz! Vur! Yenә at, yenә!
Mamazağli! Donuz! At! Yenә at, yenә!
Dustaqlar Abdullanın üstünә cumdular, әllәrini güclә
dәmir barmaqlıqlardan çәkib qopardılar, güc-bәla ilә
pәncәrәnin qarşısından uzaqlaşdırdılar.
Lakin Abdulla daha da qızışdı, hirslәnib özündәn çıxdı,
gözlәri qan çanağına döndü. Şir kimi kükrәdi, yaralı kimi
inildәdi, zarıdı, bağırdı, dustaqları uşaq kimi o tәrәf-bu tәrәfә
atdı. Ayı kimi pәncәrәnin önünü kәsib, yenidәn gözәtçiyә
qışqırdı:
– İt! Donuz! Vu-ur! Ey, gözәtçi, buyur, atәş aç, fağır
azәrbaycanlını öldür! Niyә susmusan?! Zavallı Abdullaya niyә
16 elә baxırsan?! Nә gözlәrini bәrәldib üzümә zillәnmisәn?! Sәnә
vur deyirәm, onsuz da, boğaza yığılmışam; öldür, canım
qurtarsın.
– Ana-a-a! Fatma-a-a! Vәli-i-i! Dustaqlar! Dostlar!
Zmebo daqardaşebo! Sizә nә olub?! Öz yoldaşınızın üstünә nә
düşmüsünüz?! Niyә dartışdırırsınız? Nә istәyirsiniz? Bәdbәxt
Abdullanın әllәrini buraxın! Abdullanın ailәsinә kim hәyan
olacaq?! Abdulla Kәrimin yuvası dağılacaq, ev-eşiyi viran