Page 13 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 13
Mixeil Cavaxiøvili
– Yaxşı diqqәt yetirin, sәhvә yol vermәyin, – hakim bir
neçә dәfә ruslara mәslәhәt gördü. – Yalan yerә boynunuza
günah götürmәyin, vicdanınızı lәkәlәmәyin.
– Budur, buna şübhә yoxdur! – Malakanlar sәs-sәsә
verdilәr... – Bu çit dә bizimdir, bu әl-üz dәsmalı da, papaq
da... Şәhәrdәn almışdıq, evә aparırdıq. Çox malımızı aldılar,
sadәcә qalanları yoxdur…
– Yey boq, net! Yey boq! – Abdulla onların üstünә çım -
xırdı.
Lakin şahidlәr dediklәrindәn dönmәdilәr.
Dövlәt ittihamçısıyla vәkil dә danışdılar. Sonra Abdullaya
söz verildi.
Abdulla indi nә desin? Demәli olduğunu artıq demişdi, ona
görә dә, bir halda ki şahidi-sübutu yoxdur, әlac and-aman
elәmәyә qalırdı:
– Allaha and olsun, yox! Vallah, mәnim günahım yoxdur!
Yey boq, net! Yey boq, net! Yey boq! – O, bir daha sinәsini
döyәclәyib yerinә әylәşdi.
Hakimlәr mәşvәrәt otağına keçdilәr.
İki nәfәr çadralı “qız” – Zöhrә vә Fatma – mәhәccәrә
yaxınlaşdılar, Abdullaya nәsә deyib, pıqqıldaşdılar.
Zöhrәnin belindәki şәlәdәn Abdullanın bir yaşlı oğlunun
qara başı görünürdü.
O, bala meymun kimi ağız-burnunu әyir, çoşqa kimi
ciyildәyir, atasına doğru elә can atırdı, az qala, şәlәdәn yerә
düşәcәkdi. Abdulla oğlunu pişik balası kimi yuxarı qaldırdı,
beş-on dәfә bağrına basıb üz-gözündәn öpdü, oynatdı, gül -
dürdü. 13
İki qadın vә Abdulla çox danışdılar, astadan deyib-gül -
dülәr, bir-birlәrinә ürәk-dirәk verdilәr.
– Ürәyinizә salmayın! Qorxmayın! Bu gün çıxaram. Ürәk -
li olun, elә bu gün… – Abdulla sonuncu dәfә dillәnib ayağa
durdu.
Hakimlәr artıq salona qayıdırdılar. Sәdrin hökmü oxuması
uzun çәkdi. Hökm belә başa çatırdı: