Page 8 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 8
imkanı qazanacağıq. Bu isә gürcü xalqının son yüz illik hәyat
yolu nun әdәbi xәritәsi demәkdir. Əgәr bәdii düşüncәnin xalqın
mәnәvi siması olduğunu nәzәrә alsaq, o zaman antologiyanın
әhәmiy yәti daha aydın nәzәrә çarpar. Bu, hәm dә iki xalqın
әdәbiyyatı arasındakı әlaqәlәrin yeni mәrhәlәsidir.
Oxuculara tәqdim olunan antologiyada toplanan nәsr
nümunәlәrindә dә bu әnәnә davam etdirilir. Antologiyada son yüz
il gürcü nәsrinin görkәmli nümayәndәlәri Mixeil Cavaxiş vili,
Konstantin Qamsaxurdia, Cabua Amirecibi, Revaz İnaniş vili,
Nodar Dumbadze, Tamaz Çiladze, Otar Çiladze, Quram Panci -
kidze, Erlom Axvlediani, Rezo Çeyşvili, Quram Doçanaşvili,
Quram Petriaşvili vә digәr qәlәm sahiblәri gürcü әdәbi düşün -
cәsinin yeni nәslә ötürülmәsindә vasitәçi rolunu oynadılar. Sonra
aldıqları mirasa sahib çıxan vә qoruyub yeni nәslә çat dıran
Nuqzar Şataidze, Naira Gelaşvili, Maka Coxadze, Avtandil
Çxikvişvili, Merab Abaşidze, Laşa Tabukaşvili vә onların müa -
sirlәri, nәhayәt, әn yeni gürcü nәsrinin nümayәndәlәri Qoderzi
Çoxeli, Marina Soskolauri, Şota İataşvili, Aka Morçiladze, İrakli
Cavaxadze, Beka Kurxuli, David Kartvelişvili, Eka Qaqanidze,
İrakli Şamatava vә başqa yazıçılar gürcü nәsrinin taleyinin
etibarlı әllәrdә olduğunu sübut etdilәr.
Antologiyada toplanmış nәsr nümunәlәri üslub vә tәhkiyә
baxımından bir-birindәn fәrqli olmaqla yanaşı, son yüzildәki
gürcü hәyatının mәnzәrәsini, sosial xarakterini reallıqla әks et-
dirir. Əminik ki, hәmin әsәrlәrlә tanış olan Azәrbaycan oxucusu
iki qardaş xalqı birlәşdirәn ortaq mәnәvi dәyәrlәri aydın görәcәk,
mütaliәdәn hәqiqi zövq alacaq.
Bәdirxan Əhmәdli,
8
filologiya elmlәri doktoru, professor