Page 6 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 6
Şirvaninin şeir hәsr etmәsini xatırlayaq. Xeyir-Şәr mübarizәsi
Şәrq әdәbiyyatında olduğu kimi, gürcü әdәbiyyatında da öz әksini
tapıb...
Azәrbaycan vә gürcü xalqları arasında hәm tarixi, hәm dә
mәnәvi-mәdәni әlaqәlәr son iki yüz il әrzindә daha da möhkәm -
lәnib. XIX әsrdә vә XX әsrin әvvәllәrindә Abbasqulu ağa
Bakıxanov, Mirzә Şәfi Vazeh, Mirzә Fәtәli Axundzadә vә bir çox
ziyalıların Rusiya imperiyasının әsarәtindә olan Qafqazın inzibati
mәrkәzi Tiflisdә yaşayıb-yaratmaları, gürcü mühiti ilә yaxın -
lıqları hәm dә ortaq mühit formalaşdırmışdı. Azәrbaycan drama -
turgiyası mәhz hәmin mühitdә yaranıb, ilk gündәlik anadilli
“Şәrqi-Rus” qәzeti Tiflis әdәbi mühitindә işıq üzü görüb, ilk
satirik jurnal “Molla Nәsrәddin” buradan dünyaya gülüş mesaj -
ları verib. Cәlil Mәmmәdquluzadә Tiflisdәki hәyatı, insanları,
hadisәlәri publisistikasına gәtirib, Nikoloz Barataşvili Gәncә vә
Naxçıvanda dövlәt işlәrindә çalışıb, “Gәncә gündәliyi” adlı
şeirlәr silsilәsi yazıb, Gәncәdә dә vәfat edib. Akaki Sereteli vә
İlya Çavçavadzenin әsәrlәrindә xalqların birgә taleyi tәsvir olu -
nub. Borçalıda anadan olan Mixeil Cavaxişvili “Günahsız Ab-
dulla”, “İki hökm”, “Lәmbәli vә Qoşa” hekayәlәrindә Borçalı
hәyatının vә azәrbaycanlı ların obrazını yaradıb. Elәcә dә bir çox
Azәrbaycan yazıçıları Gürcüstanda doğulub, yaşayıb, bu gözәl
diyarın insanlarını vә tәbiәtini tәsvir ediblәr. Nәriman Nәri -
manov, Abdulla Şaiq, Ömәr Faiq Nemanzadә, Tahir Hüseynov,
Arif Mustafazadә, Abbas Abdulla, İsa İsmayılzadә, Zәlimxan
Yaqub vә onlarla yazıçımızın әsәrlәrindә vә aşıq әdәbiyyatında
Gürcüstan hәyatı vә tәbiәti tәrәnnüm edilib. Nәhayәt, Azәrbay -
canın İstiqlal Bәyannamәsi Tiflisdә elan olunub. Bütün bunlar
xalqlarımızın tarixi taleyi kimi, bәdii düşüncәsini dә bir-birinә
6 6
yaxınlaşdırıb, doğmalaşdırıb.
Ədәbiyyatların yaratdığı bağlar, saldığı körpülәr ideoloji
tәzyiqlәrә baxmayaraq, sovet dövründә dә davam edib. Sәmәd
Vurğunun Qalaktion Tabidze vә Georgi Leonidze ilә dostlu ğunu
yada salaq. Bu dostluq әdәbiyyatşünaslıqda özünü Dilarә
Əliyeva vә Leyla Eradzenin simasında göstәrib. Akademik
Elizbar Cavelidze Yunus Əmrә, Nәsimi, Füzuli, Aşıq Paşa, Ruhi
Bağdadi haqqında fundamental tәdqiqatlar apa rıb. Tәrcümәçi