Page 5 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 5
QƏDİM KÖKLƏR VƏ SAĞLAM BUDAQLAR
zәrbaycan-Gürcüstan әdәbi-mәdәni әlaqәlәrinin qәdim
Avә zәngin tarixi var. Gürcü әdәbiyyatı da әdәbiyyatımız
kimi şәrәfli tarixә malikdir, min beş yüz illik bir dövrü әhatә edir,
dünya әdәbiyyatı xәzinәsinә qiymәtli sәnәt әsәrlәri verib. Bu nunla
yanaşı, fikrimizcә, mәsәlә heç dә әdәbiyyatın qәdimli yin dә deyil,
hәm dә onun mәzmununda, xalq ruhunu ifadә etmә sindә,
humanizmindә vә daim tәravәtini qoruyub sax la ma s ındadır. Hәr
iki xalqın bәdii düşüncәsinin zәrifliyini, poetik ifadә forma larının
zәnginliyini dә bura әlavә et sәk, mәnzәrә tamamilә aydınlaşar.
Gürcü әdәbiyyatında xalqın hәyatı, istәk vә arzuları, qәhrә-
manlıq vә mәhәbbәt düşüncәsi ifadә olunub. Bu әdәbiyyat bizim
üçün hәm dә doğma, dost xalqın bizә yaxın olan milli bәdii
tәfәkkür zәmi nindә tәzahür edib, daim azadlıq, qardaşlıq, dostluq,
xeyirxahlıq, humanizm ideyalarını әks etdirib. Qafqazın tәbiәti,
dağları, meşәlәri, Kür çayının, bu әrazidә yaşayan insanların
tәrәnnümü iki xalqı bir-birinә bağlayan amillәrdәndir.
Möhkәm mәnәvi vә mәdәni bağlar özündә hәr iki xalqın tarixi
taleyini, yaradıcı şәxsiyyәtlәrini vә qәhrәmanlarını da ehtiva
edib. Böyük Azәrbaycan şairi Nizami Gәncәvinin çağdaşı Şota
Rustaveli öz yaradıcılığı ilә dünya әdәbiyyatının zәngin mәnәvi
xәzinәsinә çevrilib. Bir neçә dәfә dilimizә tәr cümә olunan “Pә -
lәng dәrisi geymiş pәhlәvan” әsәrindә Şәrq mövzusu vә prob -
lematikası ilә yanaşı, Şәrq bәdii düşüncәsi dә yer alır. Şәrq 55
ab-havası bu möhtәşәm sәnәt әsәrini bizә daha da doğmalaşdırır
vә sevdirir.
Onu da qeyd edәk ki, “Leyli vә Mәcnun” mәhәbbәt dasta nını
Nizami vә Füzulu kimi, gürcü şairlәri dә nәzmә çәkiblәr. Belәcә,
gürcü әdәbiyyatındakı Şәrq ruhu onun milli bәdii düşüncә
qatlarına yeni rәng qatıb. Bu mәsәlәdә tarixi bağlar da müәyyәn
rol oynayıb: Şirvanşah Axsitanın xanımı, Qurucu Davidin qızı
Tamaranı, yaxud Davidin oğlu Demetrenin ölümünә Fәlәki