Page 7 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 7
Zezva Medulaşvili Mәmmәd Arazın, Abbas Abdul lanın, İsa
İsmayılzadәnin, Zәlimxan Yaqubun... әsәrlә rini gürcü oxucu -
larına çatdırıb.
Gürcü kinosu kimi, gürcü nәsrinin dә özünәmәxsus xüsusiy -
yәtlәri var. Sosializm realizmi hökmran olan zamanda belә, bu
nәsr hәmin xüsusiyyәtlәri qoruyub saxladı, orijinal tәhkiyәsi, yu-
moru, xalq düşüncәsini әks etdirmәsi baxımından әdәbi әnәnәni
davam etdirdi, yeni bir mәrhәlәyә daxil oldu. K.Qamsaxurdianın
“Ayın oğurlanması” romanında kommunizm ideologiyası tәnqid
olunurdu. N.Dumbadzenin sovet gerçәkliklәrini әks etdirәn “Ağ
bayraqlar” romanı dünyanın müxtәlif dillәrinә çevrildi, “Mәn,
nәnәm, İliko vә İllarion” әsәrindә isә yazıçı reallıqları gürcü yu-
moru şәklindә çatdırmağa nail oldu, sonuncu “Əbәdiyyәt qa-
nunu” romanında da dövrün, quruluşun obra zını yaratdı.
Yazıçının bu әsәrlәrini birlәşdirәn ümumi cәhәt isә çağdaşlarının
gerçәk obrazını әdәbiyyata gәtirmәsi idi. Bu keyfiyyәtlәr gürcü
әdәbiyyatına müәyyәn mәnada dissidentlik ruhu aşılamışdı.
C.Amirecibinin “Data Tutaşxia” romanında qәhrә manın hәyatda
üzlәşdiyi mәhrumiyyәtlәr, çәtinliklәr, t әqiblәr, mәhrәm adamın
satqınlığı dövrün mahiyyәtini ifadә edir vә “Azadlığı insan özü
qazanmalıdır” qәnaәtini ortaya çıxarırdı.
Belәliklә, dәyişәn tәkcә әsr olmadı, gürcü yazıçılarının Xeyi -
rin yanında dayanmaları quruluşu vә cәmiyyәti dә dәyişdi, sovet
hәyatı vә düşüncәsi tarixә qovuşdu. Gürcü nәsrindәki ideolo -
giyadankәnar realizm vә özünәmәxsusluq orijinal bәdii düşüncә
tәrzi olaraq qaldı. Gürcü yazıçıları öz әsәrlәrindә gerçәk gürcü
hәyatından yazdılar vә gerçәk Gürcüstanın obrazını yaratdılar.
Otar Çiladze vә Quram Doçanaşvilinin әsәrlәrinin dünyaya
çıxması vә Ədәbiyyat üzrә Nobel mükafatına tәqdim olunması
gürcü nәsrinin qәdim köklәr üzәrindә böyüyәn sağlam budaqlara 77
malik olduğunu göstәrir.
Son illәrdә Azәrbaycan әdәbiyyatını dünyaya tanıtmaq üçün
tәqdirәlayiq addımlar atan Azәrbaycan Tәrcümә Mәrkәzinin
araya-әrsәyә gәtirdiyi “Gürcü nәsri antologiyası”nın bizim üçün
ayrı yeri var, çünki bu toplu sayәsindә qardaş xalqın nәsrinin son
yüz ildәki mәnzәrәsini görәcәk, gürcü bәdii düşüncәsindә
yaranan bir çox obrazlar, süjet xәtlәri vә hadisәlәrlә tanış olmaq