Page 18 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 18

Görcö nÿsri antologiyası

                   Sonra ümid-tәsәlli pәsdәn oxunan bayatı ilә başa çatırdı:
                   – Ay balam, bala-a-a-am...

                   Əzizinәm, vay dәrdim,
                   Vay dәrmanım, vay dәrdi-i-im.
                   Ellәr vay әkdi, gül dәrdi,
                   Mәn gül әkdim, vay dәrdi-im...Vay dәrdim.

                   Ümidsizliyә qapılan  Abdulla yanıqlı-yanıqlı oxuyur,
               deyinir, donquldanırdı.
                   O, bayatını ah-nalә ilә başlayır, zarımaqla başa çatdırırdı.
                   Bәzәn lal-dinmәz olur, gizlicә gözlәrini silir, bәzәn dә
               oturduğu yerdәcә onu od götürürdü:
                   – Visi, kim mәhv etdi, Abdulla isis, isis! Lakin...
                   Lakin Abdulla hәlәlik susurdu: qohumu satmaq sirsxviliya,
               yәni ayıbdır. Üstәlik, Abdullanın sübutu yoxdur, başqasının
               cinayәtini tәsdiq edә bilmәz. Ona görә dә Abdulla susurdu,
               dәrdini ürәyindә boğur,  taleyin hökmünü gözlәyirdi.
                   Abdulla taleyә, onun qaçılmaz әdalәtinә inanırdı. Allah isә
               ona inanmırdı. On il hәbs cәzası kәsilәnәdәk o, canamazı
               gündә beş dәfә açar, üzünü Mәkkәyә doğru çevirib namaz
               qılar, sakitcә dua edәrdi.
                   İndi isә Allah vә Abdulla bir-birinә arxa çevirmişdilәr.
               Allah nә üçün Abdullaya kömәk etmәdi? Niyә ondan üz
               çevirdi, öz gücünü göstәrib, әdalәti bәrpa etmәdi?
                   Allah sazğali, yәni bu yazıq Abdulladan nә istәyirdi?
               Biçarә sarvanlı nә günahın sahibiydi ki, Allah onu bu qәdәr
               amansızcasına cәzalandırdı?
        18
                   Yox, nә göydә Allah var, nә dә burada onun hökmü.
                   Abdulla dәrdini yadına salıb, qәlbinin ağrısından Şakroya
               şikayәt edәndә dәrindәn ah çәkir, sinәsi körük kimi qalxıb-
               enirdi; o, yumruğunu sinәsinә vurur, şәhadәt barmağını Bor -
               çalıya doğru uzadıb, elә hey donquldanırdı:
                   – Qurumsaq Mustafa! Qaçaq Mustafa! Daisade... bir
               dayan… Abdulla sәnin arvad-uşağının qanını içәcәk, әtini
               itlәrә yedirәcәk... Donuz!.. İt!.. Köpәkoğlu!
   13   14   15   16   17   18   19   20   21   22   23