Page 21 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 21
Mixeil Cavaxiøvili
V
Elә gün olmurdu ki, yüzlәrlә dustağın qohumları vә
dostları dustaqxanaya gәlmәyә, dadlı yemәklәr gәtirmәyәy -
dilәr. Tәkcә Abdullanı Allah da unutmuşdu, qohumları da,
dostları da. Abdulla buna görә çox kәdәrliydi, lakin heç kәsdәn
könlü sınmamışdı, çünki nә Borçalı yaxın idi, nә dә borça -
lıların boş vaxtı var idi ki, Abdullanı görmәk üçün üç gün vaxt
itirәydilәr.
Abdullanın “anası vә arvadı” – Zöhrә vә Fatma – üç-dörd
ayda bir dәfә gәlirdilәr. Dәmir barmaqlıqların o tәrәf-bu tәrә -
findә qırxa qәdәr dustaq vә onların qohumları toplaşır, elә hay-
hәşir, sәs-küy qaldırırdılar ki, bәzәn bir-birilәrinin dediklәrini
belә başa düşmürdülәr.
Abdulla Zöhrәni vә Fatmanı görәn kimi cuşә gәlir, dәmir
barmaqlıqdan yapışıb silkәlәyir, az qalırdı dartıb yerindәn
qoparsın. Hәmişә ucadan danışır, başqalarının sәsini batırmağa
çalışırdı. Abdulla barmaqlıqdan güclә qopur vә kameraya
qayıdanda, gәtirilmiş yemәklәrdәn Şakroya da pay ayırır, yenә
dә deyinirdi:
– Mәnim atımı satıblar... Qaçaqlar aparıblar.
Yaxud da:
– İki inәyim ölüb. Allah bilir, ailәm nә çәkir, zmao Şakro,
sul savida – hәr şey mәhv olub!
Bayırda hәr şey әvvәlki qaydada davam edirdi. Şәhәrli
müsәl manlar Mәhәmmәdin qanunlarına sәdaqәtlә qulluq
edirdilәr: ianә toplayıb, bazar günlәri dustaq azәrbaycanlılara
gön dәrirdilәr. Abdulla öz payından Şakroya da bölür vә de -
yirdi: 21
1
– Çame, zmao Şakro, çame , Allah yoxdur, amma dünya
yaxşı insanlardan xali deyil.
Bir selisadi ötüb-keçdi. Oktyabrda Abdullanı çağırdılar,
2
min cür şey soruşdular vә sonra başa saldılar ki, onun
mәhbusluq müddәtini sami slit şeumsires, yәni üç il azaldıblar.
1
Ye, Şakro qardaş, ye (gürc.).
2
Selisadi – il (gürc.)