Page 99 - Ferdinand de Sössür_Layout 1
P. 99
Ümumi dilçilik kursu
baş vermiş olması fikri bizә yalnız olduqca hәssas hissimiz
olan, işarәnin sәrbәstliyi ilә tәlqin edilir.
Faktiki olaraq, hәr cür cәmiyyәt dili yalnız keçmiş
nәsillәrdәn mәnimsәnilmiş, necә varsa o cür qәbul olunmalı
mәhsul kimi tanıyır vә hәmişә dә belә tanımışdır. Ona görә
dә dilin mәnşәyi haqqında mәsәlә adәtәn düşünüldüyü qәdәr
dә vacib deyil. Hәmin sualı vermәyin özü dә artıqdır.
Dilçiliyin yeganә real obyekti artıq oturuşmuş dilin normal
vә ardıcıl fәaliyyәtidir. Dilin istәnilәn mәqamdakı vәziyyәti
hәmişә tarixi amillәrin mәhsuludur, hәmin amillәr eyni
zamanda işarәnin nә üçün dәyişmәz olduğunu, yәni nә üçün
heç bir sәrbәst dәyişmәyә mәruz qalmadığını da aydınlaş -
dırır.
Lakin әgәr bununla kifayәtlәnsәk, “dil keçmişin
mirasıdır” mülahizәsi hәlledici bir şәkildә heç nәyi izah
etmir. Mәgәr keçmişdәn miras qalmış mövcud qanunları
istәnilәn dәqiqә dәyişmәk olmazmı?
Belә bir şübhә ilә bağlı biz mәcburuq dilin sosial tәbiәtini
qeyd edәrәk sualı elә qoyaq kı, bu, başqa ictimai tәsisatlara
da aid olsun. Bu sonuncular nәsildәn-nәslә necә ötürülür?
Dәyişmәzlik barәdәki mәsәlәni dә әhatә edәn daha ümumi
sual bundan ibarәtdir. Hәr şeydәn әvvәl, aydınlaşdırmaq
lazımdır ki, başqa ictimai tәsisatlar nә dәrәcәdә sәrbәstdir.
Biz görürük ki, onların hәr birinә münasibәtdә cәmiyyәtә
qәbul etdirilmiş әnәnәlәrlә cәmiyyәtin әnәnәdәn azad
fәaliyyәti arasındakı tarazlıq müxtәlif cür qәrarlaşır. Sonra
aydınlaşdırmaq lazımdır ki, niyә bu vә ya digәr ictimai tәsisat
üçün birinci dәrәcәli amillәr ikinci dәrәcәli amillәrdәn çox,
yaxud әksinә, az tәsirlidir. Vә nәhayәt, yenidәn dilә müraciәt
edәrәk biz özümüzdәn soruşmalıyıq ki, nә üçün dildә tarixi
varislik amili tamamilә hakimdir vә hәr hansı ümumi, yaxud
qәfıl dәyişiklik imkanını mümkünsüz edir.
Hәmin suala cavab olaraq, çoxlu sübutlar irәli sürüb
99
göstәrmәk olar ki, mәsәlәn, dildәki dәyişmәlәr nәsillәrin
dәyişmәsi ilә bağlı deyil. Bunlar heç dә komodun siyirmәlәri