Page 94 - Ferdinand de Sössür_Layout 1
P. 94
Ferdinand de Sössür
§2. Birinci prinsip: işarәnin sәrbәstliyi
İşarәlәyәni işarәlәnәnlә birlәşdirәn әlaqә sәrbәstdir; işarә
deyәrkәn biz bir neçә işarәlәyәnlә bir neçә işarәlәnәnin
assosiasiyası nәticәsindә әmәlә gәlәn bütövü başa düşdü -
yümüzә görә bunu daha sadә ifadә edә bilәrik: dil işarәsi
sәrbәstdir.
Deyәk ki, “bacı” anlayışı fransız dilindә onun işarәlәyәni
olan s-œ: -r sәs ardıcıllığı ilә heç bir daxili münasibәtlә bağlı
deyil: o, istәnilәn başqa sәs birlәş mә si ilә ifadә oluna bilәr.
Bu, dillәr arasındakı müxtәlifliklәrlә, ümumiyyәtlә müxtәlif
dillәrin mövcud olması faktının özü ilә sübut oluna bilәr:
“buğa” işarәlәnәni dil sәrhәdinin bir tәrәfındә b-œ- f (fran -
sızca : bœuf), digәr tәrәfindә o- k- s (almanca : Ochs) işa -
rәlәyәni ilә ifadә olunur.
Dil işarәsinin sәrbәstliyi prinsipinә heç kim şübhә etmir,
lakin çox zaman hәqiqәti aşkara çıxarmaq onun tәsir dairәsini
göstәrmәkdәn daha asandır; bu prinsip dilin dilçilik vasitәsilә
öyrәnilәn bütün mәsәlәlәrini özünә tabe edir: onun әhatә
dairәsi çox genişdir. Doğrudur, onların hamısı ilk baxışdan
eyni parlaqlıqla görünmür, yalnız böyük zәhmәtdәn sonra
on ları aşkarlamaq olar, lakin hәmin prinsipin birinci dәrәcәli
vacibliyi yalnız onun tutduğu yer müәyyәn edildikdә ay -
dınlaşır.
Ötәri qeyd edәk... Semiologiya elm kimi formalaşanda o
belә bir sual qoymalı olacaq: işarәlәrә hopmuş, mәsәlәn,
pantomim kimi tam ölçüdә “tәbii” ifadә üsulları onun sahә -
sinә daxildirmi? Lakin semiologiya onları öz obyektinә daxil
etsә belә, onun başlıca baxış predmeti işarәnin sәrbәst liyinә
әsaslanan sistemlәrin mәcmusu olaraq qalacaqdır. Əslindә,
bu vә ya digәr cәmiyyәtdә qәbul edilәn ifadә üsulu әsasәn
kollektiv vәrdişlәrә, yaxud razılaşmaya söykәnir. Mәsәlәn,
94 müәyyәn “tәbii” ifadә olunma ilә sәciyyәlәndirilәn nәzakәt
işarәlәri (doqquz dәfә üzü üstә öz imperatorlarını salamlayan