Page 93 - Ferdinand de Sössür_Layout 1
P. 93
Ümumi dilçilik kursu
nalılıq aradan qalxacaqdır. Biz bütövün ifadәsi üçün işarә
sözünü saxlamağı, anlayış vә akustik obraz terminlәrini isә,
uyğun olaraq, işarәlәnәn vә işarәlәyәnlә әvәz etmәyi tәklif
edirik; son iki terminin o üstünlüyü var ki, hәm onların öz
aralarında, hәm dә bütövlә onun hissәlәri arasında mövcud
olan qarşılaşmanı әks etdirir. “İşarә” termininә gәldikdә isә,
onu nә ilә әvәz edәcәyimizi bilmәdiyimizә görә saxlayırıq;
çünki adi danışıq dilindә heç bir münasib termin yoxdur.
Bizim müәyyәnlәşdirdiyimizә görә, dil işarәsi birinci
dәrәcәli, vacib olan iki xüsusiyyәtә malikdir. Biz onları
göstәrmәklә, öyrәndiyimiz bilik sahәsinin әsas prinsiplәrini
formulә edirik.
93