Page 98 - Ferdinand de Sössür_Layout 1
P. 98
Ferdinand de Sössür
II fәsil
İŞARƏNİN DƏYİŞMƏZLİYİ VƏ
DƏYİŞKƏNLİYİ
§l. İşarәnin dәyişmәzliyi
İşarәlәyәn özünü, ifadә etdiyi anlayışa münasibәtdә sәr -
bәst seçilmә kimi tәqdim edirsә, ondan istifadә edәn dil
kollektivinә münasibәtdә, әksinә, sәrbәst deyil, asılıdır.
Hәmin kollektivin rәyini soruşmurlar vә dilin seçdiyi işarә -
lәyәn başqası ilә әvәz edilә bilmәz. Ziddiyyәtli görünәn bu
faktı, kobud desәk, “mәcburi gediş” adlandırmaq olar. Sanki
dilә deyirlәr: “Seç!” Lakin dәrhal da әlavә edirlәr: “... Yalnız
bu işarәni seç, başqasını yox!” Artıq dilin etdiyi seçimi, әgәr
istәsә belә, bu vә ya digәr insan nәinki heç cür dәyişә bilmәz,
hәtta dil kollektivinin dә heç bir söz üzәrindә hökm ranlığı
yoxdur; cәmiyyәt dili necә varsa, o cür qәbul edir (telle
qu’elle).
Belәliklә, dil, sadәcә, razılaşma ilә eynilәşdirilә bilmәz;
mәhz bu baxımdan dil işarәsi araşdırılmaq üçün xüsusi maraq
doğurur. Belә ki, әgәr biz kollektivdә belә bir qanunun sәrbәst
qәbul edilmәdiyini, nәsә ona tabe olduğunu, fәaliyyәt göstәr -
diyini qeyd etmәk istәyiriksә, bunun әn parlaq tәsdiqi dildir.
Görәk, necә olur ki, dil işarәsi bizim iradәmizә tabe
olmur? Vә sonra bundan irәli gәlәn әsas nәticәlәri qeyd edәk.
Hansı bir dövrә, nә qәdәr uzaq keçmişә baş vurmağı -
mızdan asılı olmayaraq, dil hәmişә daha әvvәlki dövrlәrin
varisi kimi çıxış edir. Keçmişdә belә bir aktın mümkünlüyünü
tәsәvvür etmәk çәtin deyil ki, onun tәsiri ilә müәyyәn
mәqamda әşyalara ad verilmişdir, yәni hәmin tәsirlә müәyyәn
anlayışların müәyyәn akustik obrazlar üzrә paylanması
98
barәdә müqavilә bağlanmışdır. Hәrçәnd real olaraq hәmin akt
heç zaman heç yerdә müşahidә edilmәmişdir. Belә bir şeyin