Page 103 - Ferdinand de Sössür_Layout 1
P. 103
Ümumi dilçilik kursu
§2. İşarәnin dәyişkәnliyi
Zaman dilin fasilәsizliyini tәmin etmәklә yanaşı, ona ilk
baxışdan birinciyә zidd olan başqa bir tәsir dә göstәrir; bu
isә ondan ibarәtdir ki, zaman az vә ya çox sürәtlә dil işarә -
lәrini dәyişir – belәliklә, müәyyәn mәnada dil işarәsinin eyni
zamanda hәm dәyişmәzliyi, hәm dә dәyişkәnliyi barәdә
danışmaq olar.
Nәticә etibarilә, hәmin faktların hәr ikisi qarşılıqlı şәkildә
biri o birini şәrtlәndirir: işarә dәyişә bilәr, çünki onun möv -
cudluğu fasilәsizdir. Hәr hansı dәyişmә zamanı aparıcı mә -
qam әvvәlki materialın dayanıqlığıdır, keçmişә inamsızlıq
yalnız nisbidir. Elә ona görә dә, dәyişkәnlik prinsipi kәsil -
mәz lik prinsipinә istinad edir.
Zamanla dәyişmә hәr biri dilçilik nәzәriyyәsindә böyük
bir fәsil üçün material ola bilәcәk müxtәlif formalar qәbul
edir. Tәfsilata getmәdәn bunları qeyd etmәk zәruridir.
Hәr şeydәn әvvәl, burada “dәyişkәnlik” sözünә aid edilәn
mәkanı düzgün anlamaq tәlәb olunur. Belә anlaşıla bilәr ki,
bu halda söhbәt xüsusi olaraq işarәlәyәnin mәruz qaldığı
fonetik dәyişmәdәn, yaxud işarә olunan anlayışa dәxli olan
mәna dәyişmәlәrindәn gedir. Dәyişkәnliyin bu cür anlaşıl -
ması kifayәt etmәzdi. Onun (dәyişkәnliyin) amillәri nә
olursa-olsun, istәr tәcrid olunmuş şәkildә, istәrsә dә bir-biri
ilә birlәşmәdә fәaliyyәt göstәrsin, fәrqi yoxdur – onlar
hәmişә işarәlәnәnlә işarәlәyәn arasındakı münasibәtlәri hәrәkәtә
gәtirir.
Bir neçә misal... Latınca “öldürmәy”in işarәlәyәni olan
necare fransız dilindә “boğmaq (suda)” mәnasında işlәnәn
noyer ә çevrilmişdir. Hәm akustik obraz, hәm dә anlayış
dәyiş mişdir; lakin bu faktın hәr iki tәrәfini fәrqlәndirmәk
faydasızdır, in globo olaraq qeyd etmәk kifayәtdir ki, anla -
yışla işarә arasındakı әlaqә zәiflәmiş, onların arasındakı
müna sibәtlәrdә bir dәyişmә әmәlә gәlmişdir. Əgәr klassik
latın dilindәki necare ni fransızca noyer ilә deyil, IV–V әsrlәr 103
xalq latın dilindә “boğmağ”ı işarәlәyәn necare ilә müqayisә