Page 105 - Ferdinand de Sössür_Layout 1
P. 105
Ümumi dilçilik kursu
aydın görünür. Onun inkişafindan mürәkkәb heç nә yoxdur:
belәliklә, dil eyni zamanda hәm cәmiyyәtdә, hәm dә zaman
daxilindә mövcud olduğundan heç kim onda heç nәyi dәyişә
bilmәz. Halbuki onun işarәlәrinin sәrbәstliyi sәs materialı ilә
anlayış arasında istәnilәn münasibәti qurmaq azadlığını
nәzәrә alaraq tәmin edir. Buradan belә nәticә çıxır ki, işarәdә
birlәşәn hәr iki element olduqca xüsusi şәkildә mövcuddur.
Vә dil gah sәslәrә, gah da mәnaya tәsir edә bilәn bütün
qüvvәlәrin tәsiri altında dәyişir, daha doğrusu, tәkamül pro -
se si keçirir. Hәmin tәkamül qaçılmazdır: ondan azad ola bilәn
dil yoxdur. Müәyyәn zaman keçdikdәn sonra hәr bir dildә
hiss edilәn tәbәddülatları hәmişә qeydә almaq olar.
Bu o dәrәcәdә doğrudur ki, hәmin prinsipi hәtta süni
dillәrin materialı ilә dә yoxlamaq olar. İstәnilәn süni dil
ümumi istifadәyә keçmәmiş müәllifin xüsusi mülkiy yә -
tindәdir, elә ki öz tәyinatı üzrә fәaliyyәtә başlayır, ümuminin
malına çevrilir, onun üzәrindәki nәzarәt itir. Esperanto bu
tipli dillәrә aiddir; әgәr onun işlәnmәsi genişlәnsә, tәkamül
qanununun labüd tәsirindәn yaxa qurtaracaqmı? Öz mövcud -
luğunun birinci dövründә bu dil, çox ehtimal ki, semioloji
inkişafın şәrtlәrinә tabe olacaq; elә qanunların sәlahiyyәt
dairәsinә düşәcәk ki, hәmin qanunlar şüurlu şәkildә yara -
dılmış qanunlarla heç bir ümumi cәhәtlәrә malik deyil. Vә
ilkin vәziyyәtә qayıdış artıq mümkün olmayacaq. Gәlәcәk
nәsil lәr üçün dәyişmәz dil yaratmağı arzu edәn insan ördәk
yumurtaları üzәrindә oturmuş toyuğa oxşayardı: onun yarat -
dığı dil istәr-istәmәz ümumiyyәtlә bütün dillәri cәlb edәn
axının nәzarәtinә keçәrdi.
Dilin zaman daxilindә fasilәsizliyi onun zaman daxilindә
dәyişkәnliyi ilә bağlı olub, ümumi semiologiyanın prinsi-
pidir: bunun tәsdiqini yazı sistemindә, kar-lalların dilindә vә
s. tapmaq olardı.
Bәs dәyişmәlәrin zәruriliyi nәyә әsaslanır? Bizi mәzәm -
mәt edә bilәrlәr ki, bu bәnddә dәyişmәzlik barәdә çox az iza-
hat verdik. Bu onunla әlaqәdardır ki, biz dәyişmәlәrin
müx tәlif amillәrini ayırmadıq: onlara bütün rәngarәnglik lә -
105
rin dә baxmaq lazım idi ki, nә dәrәcәdә vacib olduqları müәy -
yәnlәşdirilsin.