Page 109 - Ferdinand de Sössür_Layout 1
P. 109
Ümumi dilçilik kursu
III fәsil
STATİK DİLÇİLİK VƏ
TƏKAMÜL DİLÇİLİYİ
§l. Dәyәrlilik anlayışına әsaslanan
bütün elmlәrin daxili ikiliyi
Dilçilәrin çoxu çәtin anlayacaq ki, zaman amilinin tәza -
hürü dilçilik üçün xüsusi çәtinlik yaradır vә onu müxtәlif
istiqamәtlәrә gedәn iki yolun ayrıcında qoyur.
Elmlәrin çoxunda belә әsaslı ikilik yoxdur: zaman amili
orada az-çox nәzәrәçarpacaq tәsir göstәrmir. Astronomiya
müәyyәn etmişdir ki, göy cisimlәri hissedilәcәk dәyişikliyә
mәruz qalır, lakin buna görә onun iki fәnnә bölünmәsi lazım
gәlmir. Geologiya, demәk olar ki, hәmişә zamana görә ardıcıl
dәyişmә ilә әlaqәdardır, lakin yerin artıq qәrarlaşmış
vәziyyәtlәrinә keçәrkәn onlara tamami lә başqa bir fәnnin
predmeti kimi baxılmır. Hüquqdan bәhs edәn tәsviri elmlә
yanaşı, hüquq tarixi dә var, lakin heç kim onları qarşı-qarşıya
qoymur. Dövlәtlәrin siyasi tarixi bütünlüklә zamanla bağlıdır,
lakin tarixçi hansısa dövrün mәnzәrәsini cızanda bizdә elә
tәsәvvür yaranmır ki, tarixin hüdudlarından kәnara çıxırıq.
Vә әksinә, siyasi institutlar haqqındakı elm öz mahiyyәti
etibarilә tәsviri elmdir, lakin o da, ehtiyac varsa, tarixi mәsә -
lәlәrә ayrıca baxmır. Haqqında söhbәt gedәn ikilik, mәsәlәn,
iqtisadi elmlәrdә aparıcı mövqedәdir. Yuxarıda göstәrdiyimiz
sahәlәrin әksinә olaraq, siyasi iqtisad vә iqtisadi tarix bir elm
nüvәsindәn kәskin şәkildә ayrılmış fәnlәrdәn ibarәtdir. İki
fәnnә ayrılma son illәrin iqtisad әsәrlәrindә xüsusi qeyd
edilir. Göstәrilәn fәnlәri ayırmaqla siyasi tarix mütәxәssislәri,
hәrçәnd bu barәdә tam hesabat vermәsәlәr dә, daxili zәrurәtә
tabe olurlar. Tamamilә analoji zәrurәt bizi dә mәcbur edir ki,
109
dilçiliyi hәrәsinin öz xüsusi sahәsi olan iki hissәyә ayıraq. İş
burasındadır ki, siyasi iqtisadda olduğu kimi, dilçilikdә dә bir