Page 113 - Ferdinand de Sössür_Layout 1
P. 113
Ümumi dilçilik kursu
§2. Daxili ikilik vә dilçilik tarixi
Dilin öyrәnilmәsinә başlayan zaman adamı heyrәtә salan
birinci cәhәt odur ki, danışan üçün faktların zaman üzrә
kәsilmәzliyi mövcud deyil: danışana ancaq hәmin faktların
bilavasitә müәyyәn vәziyyәti verilmişdir. Ona görә bu
vәziyyәti anlamağa çalışan dilçi dә onun necә әmәlә gәldi -
yinә göz yummalı, diaxroniyaya mәhәl qoymamalıdır. O,
yalnız keçmişi yada salmamaqla danışanların şüuruna nüfuz
edә bilәr. Tarixә müdaxilә onu yalnız çaşdıra bilәr. Alpın
mәnzәrәsini tәsvir edәrkәn ona Yur dağlarının eyni zamanda
bir neçә zirvәsindәn baxmaq mәnasız olardı. Mәnzәrә bir
nöqtәdәn görülmәlidir. Dilә münasibәtdә dә belәdir: müәyyәn
bir vәziyyәtdәn çıxış etmәdәn onu nә tәsvir etmәk, nә dә
istifadә etdiyi normaları müyyәnlәşdirmәk mümkün deyil.
Dilin tәkamülünü izlәyәn dilçi perspektivi qeyd edәrәk Yur
dağlarının bir qurtaracağından o birinә hәrәkәt edәn müşa hi -
dәçiyә oxşayır.
Demәk olar ki, müasir dilçilik yaranar-yaranmaz kәllәsi
üstә diaxroniyaya yuvarlanmışdır. Hind-Avropa dillәrinin
müqayisәli qrammatikası әldә etdiyi faktlardan әvvәlki dil
tipinin hipotetik bәrpası üçün istifadә elәmişdir: bu, ondan
ötrü keçmişi yenidәn yaratmaq vasitәsindәn başqa, bir şey
deyildi. Dil yarımqruplarının (roman dillәri, german dillәri
vә s.) öyrәnilmәsindә dә hәmin metoddan istifadә olunur,
dilin vәziyyәtinә olduqca qeyri-mükәmmәl şәkildә, qismәn
diqqәt verilir. Əsasını Boppun qoyduğu istiqamәt belә idi;
odur ki, dilin elmi dәrki ardıcıl deyil, etibarsızdır.
Başqa tәrәfdәn, dilçilik elminin yaranmasına qәdәr dili
öyrәnәnlәr, yәni әnәnәvi metodlarla silahlanmış “qramma -
tiklәr” necә hәrәkәt etmişdilәr? Qeyd etmәk maraqlıdır ki, bu
mәsәlәyә onların baxışı tamamilә qüsursuzdur. “Qramma -
tiklәr” öz әsәrlәrindә ortada olan vәziyyәti tәsvir etmәyә ça -
lış mışlar; onların ciddi şәkildә sinxron proqramları olmuşdur. 113
Mәsәlәn, Por-Royal qrammatikası deyilәn mәktәb XIV Lü-