Page 116 - Ferdinand de Sössür_Layout 1
P. 116
Ferdinand de Sössür
*töḃi; gös ‘qaz’, cәmdә *gösi vә s. olmuşdur. Birinci fonetik
dәyişiklik – umlaut nәticәsindә *föti sözü f ti-yә çevrilmişdir:
ikinci fonetik dәyişiklik – sondakı i-nin düşmәsi nәticәsindә
isә *f ti-f t olmuşdur. Tәk haldakı föt isә cәm haldakı f t,
analoji olaraq, töḃ la t ḃ, gös vә g s (müasir ingilis dilindә foot
la feet, tooth la teeth, goose la geese) arasında münasibәt belә
yaranmışdır.
İlk dövrlәrdә, gast: gasti, föt- föti deyәrkәn cәm hal i-nin
sadәcә әlavәsi ilә ifadә olunurdu; Gast: Gäste, föt: f t cәm
halın ifadәsi üçün ortaya yeni mexanizm çıxarır. Hәmin me -
xa nizm hәr iki halda eyni deyil : köhnә ingilis dilindә yalnız
saitlәr qarşılaşdırılır, almanca isә son — e-nin iştirak edib-
etmәmәsi dә buraya әlavә olunur. Lakin hәmin fәrq bizim
üçün hәlledici әhәmiyyәt daşımır.
Tәk halla cәm hal arasındakı münasibәt, hәr bir müәyyәn
mәqam üçün üfüqi ox üzәrindә göstәrilә bilәr;
Bir formadan başqasına keçәn hәmin faktlar (necә olursa-
olsun), әksinә, şaquli oxla ifadә olunmalıdır ki, belә bir nәticә
alırıq:
Verdiyimiz nümunәlәr mövzumuzla bağlı olan bir sıra
mülahizәlәr doğurur:
1. Diaxron faktlar dildә müәyyәn bir dәyәrliliyi başqa
işarә ilә ifadә etmәk mәqsәdi daşımır: gaste-nin gesti-yә, onun
da geste (Gäste)yә keçmәsi isimlәrin cәm halı ilә azacıq da
116 olsa bağlı deyil. Belә ki, tragit → trägt dә hәmin umlaut
tәsriflә bağlıdır. Belәliklә, diaxron fakt müstәqil hadisәdir vә