Page 114 - Ferdinand de Sössür_Layout 1
P. 114
Ferdinand de Sössür
doviq dövründә fransız dilini tәsvir etmәyә vә onu tәşkil edәn
dәyәrliliyi müәyyәnlәşdirmәyә cәhd etmişdir. Bunun üçün
orta әsrlәr fransız dilinә müraciәt etmәyә ehtiyac yaranmır;
ciddi surәtdә üfüqi oxu izlәyir vә ondan kәnara çıxmırdılar.
Hәmin metod düzgündür. Lakin bu, onun heç bir yanlışlıq ol-
madan tәtbiq edilmәsi demәk deyildir. Ənәnәvi qrammatika
dilçiliyin bütöv şöbәlәrini, mәsәlәn, söz yaradıcılığını inkar
edir. O, normativdir vә hesab edirik ki, faktları qeyd etmәk
yox, qaydalar yaratmaq lazımdır; bütövü gözdәn qaçırır; tez-
tez hәtta yazılan sözü tәlәffüz olunandan fәrqlәndirmәyi
bacarmır.
Klassik qrammatikanı elmi qrammatika olmadığı üçün
mәzәmmәt ediblәr. Halbuki onun elmi bazası az tәnqid olu -
nub; predmeti isә әsası Bopp tәrәfindәn qoyulmuş dilçiliyin
predmetindәn daha yaxşı müәyyәnlәşdirilmişdir. Sonuncu
qeyri-müәyyәn әsasa söykәndiyindәn, hansı mәqsәdә can
atdığını da dәqiq bilmir. Mövcud vәziyyәtlә müxtәlif
vәziyyәtlәrin zaman daxilindәki ardıcıllığını ciddi olaraq
ayıra bilmәdiyindәn, iki yanaşmanı bir-birilә birlәşdirir (elle
est ά cheval sur deux domaines). Dilçilik tarixә çox böyük
yer ayırmışdır; indi әnәnәvi qrammatikanın yeni ruhda dәrk
edilәn, yeni üsullarla zәnginlәşmiş vә dilin vәziyyәtini daha
yaxşı anlamağa kömәk edәn tarixi metodlardan statik ya -
naş maya qayıtmalıdır. Keçmiş qrammatika yalnız sinxron
faktı görürdü; dilçilik bir sıra yeni hadisәlәri kәşf etdi, lakin
bu da kifayәt deyil. Hәr iki yanaşmanın qarşı-qarşıya dur -
duğunu hiss etmәk lazımdır ki, buradan nәticәlәr çıxarmaq
mümkün olsun.
114