Page 110 - Ferdinand de Sössür_Layout 1
P. 110
Ferdinand de Sössür
dәyәrlilik anlayışı ilә qarşılaşırıq. Siyasi iqtisadda onu qiymәt
adlandırırlar. Hәr iki elmdә müxtәlif tәbiәtli şeylәr arasındakı
eynivalentliyin sistemi barәdә söhbәt gedir: siyasi iqtisadda
әmәklә әmәk haqqı arasında, dilçilikdә isә işarәlәnәnlә
işarәlәyәn arasında.
Tamamilә aydındır ki, araşdırma sahәsinә daxil olan
obyektlәri sәrhәdlә yәn oxların diqqәtlә hüdudlanması,
ümumiyyәtlә, bütün elmlәrin maraq dairәsindә dir. Aşağıdakı
şәkildә göstәrildiyi kimi 1) zamanın hәr hansı müdaxilә si nin
istisna edildiyi, qarşılıqlı mövcud olan hadisәlәr arasındakı
münasibәtlәrә aid eynizamanlılıq oxunu (A B) vә 2) birdәn
çox әşyanın birdәfәyә nәzәrdәn keçirilmәsinin heç zaman
mümkün olmadığı, birinci oxun bütün hadisәlәrini hәr hansı
dәyişiliklәrlә birlikdә ehtiva edәn fasilәsizlik oxunu (C D)
hәr yerdә fәrqlәndirmәk lazımdır:
`
Dәyәrlilik anlayışına әsaslanan elmlәr üçün bu cür fәrq -
lәndirmә praktik zәrurәtdir, bir sıra hallarda isә mütlәq zә -
rurәtdir. Cәsarәtlә demәk olar ki, bu sahәlәrdә iki oxun
mövcudluğunu hesaba almadan, öz-özlüyündә götürülmüş
dәyәrliliklәr sistemini vә zamanın funksiyası kimi baxılan
hәmin dәyәrliliklәri fәrqlәndirmәdәn, araşdırmanın ciddi elmi
tәşkili mümkün deyil.
Daha qәti şәkildә fәrqlәndirilmә dilçilik üçün olduqca
zәruridir, çinki dil istisnasız olaraq ona daxil olan element lә -
rin mövcud vәziyyәti ilә müәyyәn edilәn tәmiz dәyәrliliklәrin
sistemidir. Dәyәrlilik özünün bir tәrәfi ilә gerçәk әşyalarla,
110 onların tәbii münasibәtlәri ilә bağlı olduğundan (bu, özünü
iqtisad elmindә dә göstәrir: mәsәlәn, torpaq sahәsinin dәyәri