Page 115 - Ferdinand de Sössür_Layout 1
P. 115
Ümumi dilçilik kursu
§3. Dilçiliyin nümunәlәrdә göstәrilәn
daxili ikiliyi
İki baxışın – sinxron vә diaxron – qarşı-qarşıya durması
tamamilә mütlәqdir vә heç bir kompromisә dözmür. Hәmin
fәrqin nәdәn ibarәt olduğunu, aradan qaldırılmasının nә üçün
mümkün olmadığını göstәrmәkdәn ötrü bir neçә fakt gәtirәk.
Latınca crispus ‘dalğalı, qıvrım’ fransız dilindә irsәn cr p
söz kökünü yaratmış, cr pir ‘suvaq çәkmәk’ vә d cr pir
‘suvağı qopartmaq’ feillәri bu sözlә bağlıdır. Başqa tәrәfdәn,
nә zamansa latın dilindәn fransızcaya mәnşәyi mәlum ol-
mayan d crepitus ‘haldan düşmüş’ sözü keçmişdir ki, bundan
da hәmin mәnada d cr pit әmәlә gәlmişdir. Şübhәsiz, hazırda
danışanlar un mur d cr pi ‘dağılmış divar’ ilә un homme
d cr pite ‘haldan düşmüş adam’ı bir-birilә әlaqәlәndirirlәr.
Hәrçәnd bu iki söz arasında tarixәn heç bir ümumilik yoxdur.
‘Evin dağılmış fasadı’ mәnasında tez-tez deyirlәr: façade
d cr pite d’une maison ... bu da statik faktdır, ona görә ki,
söhbәt dildә birlikdә mövcud olan iki hadisә arasındakı
münasibәtdәn gedir. Onun tәkamül sahәsinә aid bir sıra
hadisәlәrin axınında zәruri olaraq tәzahürü üçün tәlәb edilәrdi
ki, crisp- sözü cr p- kimi tәlәffüz olunsun vә latıncadan yeni
söz alınsın. Tamamilә aydındır ki, hәmin diaxron faktlar on-
lardan törәmiş sinxron faktla heç bir münasibәtdә deyil:
onlar başqa-başqa sıralardan olan hadisәlәrdir.
Ümumi әhәmiyyәt daşıyan başqa bir misal. Qәdim yuxarı
alman dilindә gast ‘qonaq’ isminin cәm halı gasti, hant ‘әl’ is-
minin cәm hanti formasında olmuşdur. Sonra hәmin i umlaut
yaratmış, yәni әvvәlki hecada a-nın e-yә çevrilmәsinә gәtirib
çıxarmışdır. Daha sonra i öz tembrini itirmişdir, ona görә dә
gasti → gesti, hanti → henti olmuşdur. Nәticәdә, dildә real
olaraq Gast: Gäste, Hand: Hände formaları vardır. Bütöv söz
cәrgәlәrinin tәk ilә cәmi eyni forma әsasında fәrqlәnir.
Ümumiyyәtlә, analoji hadisә anqlosakson dilindә dә baş 115
vermişdir: әvvәl föt ‘ayaq’, cәmdә *föti; töḃ ‘diş’, cәmdә