Page 119 - Ferdinand de Sössür_Layout 1
P. 119
Ümumi dilçilik kursu
edәrәk vurğunu instinktiv şәkildә hәtta yazı vasitәsilә
mәnimsәnilmiş alınma sözlәrin dә son hecasına qoymuşlar
(facile, consul, ticket, burgrave vә s.). Aydındır ki, danışanlarda
sistemi dәyişmәk, yeni vurğu formuluna şüurlu surәtdә can
atmaq mәramı olmamışdır. Çünki amїcum → amί tipli
sözlәrdә vurğu әvvәlki hecada qalmışdır. Lakin burada di-
axroniya mәsәlәyә qarışmışdır: heç kim toxunmadığı halda
vurğunun yeri dәyişmişdir. Vurğu qanunu, ümumiyyәtlә linq -
vistik sistemә aid olan nә varsa, sistem üzvlәrinin qarşılıqlı
әlaqәsindәn (disposition), yәni tәkamülün tәsadüfi, qeyri-
iradi nәticәsindәn ibarәtdir.
Daha anlaşıqlı bir nümunә gәtirәk. Köhnә slavyan dilindә
лъmo birgәlik hal tәkdә лъmomь , adlıq hal cәmdә лъma,
yiyәlik hal cәmdә лъmъ formasındadır. Bu hallanmada hәr bir
halın öz şәkilçisi var. Lakin mәnşәyi hind-Avropa Ǐ vә ŭ- ya
gedib çıxan “zәif” slavyan saitlәri ь vә ъ, nәhayәt, itmişdir.
Bunun nәticәsindә hәmin isim, mәsәlәn, rus dilindә bu cür
hallanır: лemo, лemoм, лema, лem. Uyğun olaraq pyка belә
hallanır; tәsirlik hal tәkdә: pyкy, adlıq hal cәmdә pyкu, yiyәlik
hal cәmdә pyк vә s. Belәliklә, burada лem, pyк formalarında
yiyәlik hal cәmin göstәricisi sıfirdır. Demәli, görünür, maddi
işarә anlayışı ifadә etmәk üçün heç dә zәruri deyil; dil nәyi
isә heç nәyә qarşı qoymaqla kifayәtlәnә bilәr. Belәliklә,
gәtirilmiş nümunәlәrdәn yiyәlik hal cәmin pyk olduğunu
sadәcә ondan bilirik ki, o, nә pyka, nә pyky, nә dә hansısa
başqa bir forma deyil. İlk baxışdan qәribә gәlir ki, yiyәlik
halın cәmi kimi özünәmәxsus bir anlayış sıfırla ifadә
olunmağa başlamışdır. Lakin elә bu sübut edir ki, hәr şey tam
tәsadüfi baş verir. Dil elә bir mexanizmdir ki, vurulan zәdәyә
baxmayaraq öz funksiyasını davam etdirir.
Bütün bu şәrhlәr bizim artıq formalaşdırdığımız prin -
siplәri tәsdiq edir. Onları burada belә yekunlaşdırırıq:
Dil elә bir sistemdir ki, onun bütün hissәlәrinә sinxron
olaraq qarşılıqlı şәrtlәnmәdә baxmaq olar vә baxılmalıdır.
Dәyişmә heç zaman bütün ümumi sistemdә deyil, onun 119
yalnız bu vә ya digәr elementindә baş verir. Hәmin elementlәr