Page 122 - Ferdinand de Sössür_Layout 1
P. 122

Ferdinand de Sössür

               liflәr arasındakı bәzi münasibәtlәri әks etdirir ki, onlar uzu-
               nuna sәthdә müşahidәyә gәlmәz.
                   Düşünülüb tapılması mümkün olan bütün müqayisәlәrdәn
               daha sәciyyәvi olanı dilin funksiyası ilә şahmat oyunu
               arasında aparılan müqayisәdir. Burada da, orada da dәyәrlәr
               sistemi vә onların müşahidә olunan dәyişmәlәri göz
               qabağındadır. Şahmat partiyası sanki dildә tәbii formada
               tәqdim olunanın süni gerçәklәşmәsidir.
                   Hәmin müqayisәyә әtraflı baxaq.
                   Hәr şeydәn әvvәl, әksәr halda şahmat oyununda mövqe
               anlayışı dildә vәziyyәt anlayışına uyğun gәlir. Fiqurların
               uyğun dәyәri onların hәr bir müәyyәn mәqamda taxta
               üzәrindәki vәziyyәtindәn asılıdır. Eynilә dildә dә hәr bir ele-
               mentin dәyәri onun yalnız bütün başqa elementlәrlә qarşılaş -
               masından asılı olur.
                   Sonra... sistem hәmişә anidir: mövqedәn mövqeyә şәklini
               dәyişir. Doğrudur, fiqurların dәyәri eyni zamanda, hәtta
               başlıca olaraq dәyişmәz razılaşmadan: hәlә partiya başlayana
               qәdәr mövcud olub hәr gedişdәn sonra da öz gücünü saxlayan
               oyun qaydalarından da asılıdır. Lakin hәmişәlik qәbul edilmiş
               bu cür qaydalar dil sahәsindә dә mövcuddur: bu, semiolo -
               giyanın dәyişmәz prinsiplәridir.
                   Nәhayәt, bir tarazlıq vәziyyәtindәn başqasına, bizim
               qәbul etdiyimiz terminologiya ilә bir sinxronluqdan başqa -
               sına keçmәk üçün bircә fiqurla gediş etmәk kifayәtdir. Bütün
               fiqurların eyni zamanda yerindәn tәrpәdilmәsinә ehtiyac yox-
               dur. Burada bütün xüsusiyyәtlәri ilә diaxron fakta tam uyğun -
               luq әldә edirik. Əslindә:
                   a) Şahmatda hәr bir gedişi yalnız bir fiqur hәyata keçirir;
               dildә dә dәyişmәyә ancaq ayrı-ayrı elementlәr mәruz qalır.
                   b) Buna baxmayaraq, hәr bir gediş sistemә tәsir edir:
               oyunçu hәr bir gedişin nәticәlәrini irәlicәdәn bütün dәqiqliyi
               ilә görә bilmәz. Müәyyәn gediş nәticәsindә bütün fiqurların
               dәyәrliliyindә baş verә bilәn dәyişmәlәr vәziyyәtdәn asılı
               olaraq ya әhәmiyyәtsizdir, ya olduqca әhәmiyyәtlidir, ya da
       122
               ümumiyyәtlә, orta sәviyyәlidir. Bircә gediş bütün partiyanın
               axarını köklü şәkildә dәyişә bilәr. Vә nәticәdә hәmin gediş
   117   118   119   120   121   122   123   124   125   126   127