Page 123 - Ferdinand de Sössür_Layout 1
P. 123
Ümumi dilçilik kursu
zamanı hәtta әl vurulmamış fiqurların aqibәti dәyişәr. Biz ar -
tıq gördük ki, dilә münasibәtdә dә bu, eynilә özünü doğ -
ruldur.
c) Ayrıca fiqurla gediş ondan әvvәl vә onun arxasınca
gәlәn tarazlıq vәziyyәtlәrindәn tamamilә fәrqlәnәn faktdır.
Baş verәn dәyişiklik bu iki vәziyyәtdәn heç birinә aid deyil.
Bizim üçünsә yalnız vәziyyәt әsasdır.
Yeri gәlmişkәn, şahmat partiyasında istәnilәn konkret
mövqe onunla sәciyyәlәnir ki, o, taxta üzәrindә әvvәl olanla
qәtiyyәn asılı deyil, konkret vәziyyәtin hansı yolla baş
vermәsi әhәmiyyәt daşımır: bütün partiyanı әvvәldәn izlәyәn
adam partiyanın kritik anında nәzәr yetirәn adamdan heç bir
cәhәtdәn üstünlüyә malik deyil – konkret şahmat partiyasını
qiymәtlәndirmәk üçün taxta üzәrindә on dәqiqә әvvәl nә baş
verdiyini bilmәyә heç bir ehtiyac yoxdur. Bütün bu mülahi -
zәlәr dilә dә tәtbiq edilә bilәr vә diaxroniya ilә sinxroniya
arasında bizim apardığımız әsaslı fәrqlәndirmәni bir daha
tәsdiq edәr. Nitq dilin yalnız müәyyәn vәziyyәti çәrçivәsindә
funksiya daşıyır. Vә onda bir vәziyyәtlә digәri arasında baş
vermiş dәyişikliklәrә yer yoxdur.
Yalnız bir bәnddә bizim müqayisәmiz uğursuzdur:
şahmatçının müәyyәn gediş edәrәk taxta üzәrindәki müna -
sibәt lәr sisteminә tәsir elәmәk mәramı var, dildә isә belә
әmәliyyat mümkünsüzdür: onun “fiqurlar”ı stixiya ilә, tәsa -
düfәn hәrәkәt edir, daha doğrusu, dәyişir. Umlaut hanti yerinә
Hände, gasti yerinә Gäste formasında yeni növ cәm halını
yaradır. Lakin tragit әvәzinә träqt feil formasına da işlәklik
verir vә s. Şahmat partiyasının hәr şeydә dilin funksiyasına
oxşaması üçün şüursuz hәrәkәt edәn, yaxud heç nә düşün -
mәyәn bir oyunçu tәsәvvür etmәk lazım gәlir. Yeri gәlmişkәn,
bu yeganә fәrq dilçilikdә iki cәrgә hadisәni ayırmağın mütlәq
zәruriliyini göstәrir vә müqayisәni daha ibrәtamiz edir.
Əslindә, әgәr diaxron faktlar, hәtta uyğun dәyişmәlәr ağlın
iradәsinә tabe olduqda belә, hәmin faktların şәrtlәndirdiyi
sinxron sistemә uyğun deyilsә, daha çox ehtimal etmәyә әsas
123
var ki, hәmin diaxron faktlar işarәlәrin mütәşәkkil sistemi ilә
qarşılaşan zaman öz kortәbii qüvvәsini tәzahür etdirir.