Page 125 - Ferdinand de Sössür_Layout 1
P. 125
Ümumi dilçilik kursu
diaxron dilçilik bu cür ixtisaslaşmanı nәinki tәlәb etmir, hәtta
onu rәdd edir. Onun nәzәrdәn keçirdiyi elementlәr vacib deyil
ki, bir dilә aid olsun (müqayisә et: hind-Avropa dilindә *esti,
yu nanca sti, almanca ist, fransızca est). Ayrı-ayrı dillәr
arasındakı fәrq dildә zaman oxu әtrafinda baş verәn, mәkan
amilinin hәrәkәti ilә artan hadisәlәrin ardıcıllığı ilә yaranır.
İki formanın tutuşdurulması üçün nә qәdәr dolayısıyla olsa
da, aralarında tarixi әlaqәnin olması kifayәtdir.
Bu qarşılaşmalar çox mühüm vә aydın olan deyil:
tәkamül fakt ilә statik fakt arasındakı köklü antinomiyadan
belә çıxır ki, buna yaxud o birinә aid olan bütün anlayışlar
eyni dәrәcәdә bir-birinә uyğun deyil. Hәmin anlayışlardan
istәnilәni uyğunsuzluğa sübut ola bilәr. Belәliklә, sinxron
hadisә diaxron hadisә ilә heç bir ümumi cәhәtә malik deyil:
birincisi eyni zamanda mövcud olan elementlәr arasındakı
münasibәtdirsә, ikincisi zaman içәrisindә bir elementin
başqası ilә әvәzlәnmәsidir, yәni diaxron hadisәdir. Biz irәlidә
görәcәyik ki, diaxron vә sinxron eynilik tamamilә fәrqlidir:
tarixәn fransız pas ‘yox ’ pas ‘addım’ ismiylә eynidir, halbuki
müasir dildә bunlar tamam müxtәlif elementlәrdir. Görünür,
baxışların qarışdırılmaması üçün hәmin sübutların aydınlaş -
dırılması kifayәt edәr. Lakin heç yerdә bu cür sәrhәdlәndirmә
belә aşkar şәkildә tәzahür etmәz. Biz indi hәmin fәrqlәn -
dirmәnin şәrhinә keçirik.
125