Page 128 - Ferdinand de Sössür_Layout 1
P. 128
Ferdinand de Sössür
Diaxroniya, onun әksinә olaraq, müәyyәn nәticәyә gәtirib
çıxaran, müәyyәn hadisә doğuran dinamik amillәri nәzәrdә
tutur. Lakin bu imperativ xarakter qanun anlayışını dil
tәkamülü faktlarına tәtbiq etmәk üçün kifayәt elәmir; qanun
barәsindә yalnız o zaman danışmaq olar ki, hadisәlәrin bütöv
bir mәcmusu eyni qaydaya tabe olsun. Diaxron hadisәlәr isә,
әslindә, müәyyәn istisnalara baxmayaraq, hәmişә tәsadüfi,
xüsusi sәciyyә daşıyır.
Semantik hadisәlәrlә әlaqәdar bu dәrhal nәzәri cәlb edir,
әgәr fransızca poutre ‘dayça’ “tir” mәnasını qәbul etmişsә,
bu, xüsusi sәbәblәrdәn irәli gәlmişdir, hәmin dövrdә dildә baş
verә bilәcәk başqa dәyişmәlәrdәn asılı olmamışdır. Bu, dil
tarixinin qeydә aldığı çoxlu tәsadüflәrdәn biridir – әsl
tәsadüfdür.
Sintaktik vә morfoloji dәyişmәlәrlә әlaqәdar mәsәlә ilk
baxışda o qәdәr dә aydın deyil. Hansısa dövrdә fransız dilindә
adlıq halın әvvәlki bütün formaları itmişdir. Mәgәr burada
ümumi qanuna tabe olan faktlar mәcmusu yoxdurmu? Yox-
dur, belә ki, bunların hamısı eyni bir faktın yalnız rәngarәng
tәzahürlәridir. Adlıq hal anlayışının özü dәyişmәyә uğramış
vә onun itmәsi formalarının tam mәcmusunun itmәsi ilә
nәticәlәnmişdir. Dili yalnız üzdәn görәn hәr bir kәs üçün,
әslindә, yeganә fenomen onun tәzahürlәrinin çoxluğu
arxasında gizlәnmiş olur. Əslindә isә, o öz mahiyyәtinin lap
dәrinliyndә tәkdir, tarixi hadisәdir vә pourte ‘dayça’ sözündә
baş verәn semantik dәyişmә qәdәr ayrıcadır. Vә “qanun”
görkәmini ona görә qәbul edir ki, sistemdә tәzahür edir. Onun
möhkәm qaydalılığı belә bir illüziya doğurur ki, guya diaxron
faktlar sinxron faktlarla eyni şәrtlәrә tabedir.
Fonetik dәyişmәlәrә münasibәtdә dә mәsәlә belәdir,
bununla yanaşı, adәtәn fonetik qanunlar barәdә danışırlar.
Əslindә, müәyyәn mәqamda müәyyәn sahәdә eyni sәs
xüsusiyyәtinә malik bütün sözlәrin eyni dәyişmәyә mәruz
qalması tәsdiq olunur. Deyәk ki, yuxarıda nәzәrdәn keçirdiyi -
128 miz 1-ci qanun (*dhümos → yunanca thümös) nәfәsli cingiltili
sәslәri olan bütün yunan sözlәrini әhatә edir; müqayisә et: