Page 132 - Ferdinand de Sössür_Layout 1
P. 132
Ferdinand de Sössür
§ 8. Sinxroniya ilә diaxroniyanın qarışıq
salınmasının nәticәlәri
İki hal tәsәvvür edilә bilәr:
a) Sәthi baxış zamanı belә görünә bilәr ki, sinxron hәqiqәt
diaxron hәqiqәti inkar edir – onların arasında seçim olmalıdır;
әslindә isә, bu, tәlәb olunmur: hәmin hәqiqәtlәrdәn heç biri
o birini istisna etmir. Əgәr fransız sözü d pit ‘ tәәssüf ’ әv -
vәllәr ‘ nifrәt ’ mәnasını vermişsә, bu, ona hazırda tama milә
baş qa mәnanı bildirmәyә mane olmur: etimologiya ilә sinx -
ron dәyәrlilik iki fәrqli şeylәrdir. Yaxud: müasir fransız
dilinin әnәnәvi qrammatikası öyrәdir ki, indiki zaman feli
sifәti bir halda dәyişәrәk isimlә sifәtlәrdә olduğu kimi uzlaşır
(mәsәlәn, une personne courante ‘axan su’ - hәrfi mәnada:
‘qaçan su’), başqa hallarda dәyişmәz qalır (mәsәlәn, une per-
sonne courant dans la rue ‘ küçә ilә qaçan adam ’). Lakin tarixi
qrammatika bizә göstәrir ki, bu halda söhbәt bir yox, iki for-
madan gedir: onlardan birincisinin mәnşәyi cinslәr üzrә
dәyişәn latın dili feli sifәti currentem sözünә gedib çıxır, ikin -
cisi isә currendö cerundunun cinslәr üzrә dәyişmәyәn birgәlik
halında әmәlә gәlir. Sinxron hәqiqәt diaxron hәqiqәtlә
ziddiyyәt tәşkil edirmi? Vә әnәnәvi qrammatikanı tarixi
qrammatika adından ittiham etmәk olarmı? Yox, belә hәrәkәt
etmәk hәqiqәtin yalnız yarısını görmәk demәk olardı.
Düşünmәk olmaz ki, dilin yaranmasında ancaq tarixi fakt
zәruridir, kifayәtdir. Belәliklә, courant feli sifәti iki müxtәlif
mәnşәdәn gәlir, lakin dil şüuru onları yaxınlaşdırıb bir fakta
çevirir – bu sinxron hәqiqәt o biri – diaxron hәqiqәt kimi
mütlәqdir, şübhәsizdir.
b) Sinxron hәqiqәt diaxron hәqiqәtlә o dәrәcәdә uzlaşır
ki, onlar qarışdırılır, yaxud onları fәrqlәndirmәyi artıq sayırlar.
Mәsәlәn, hesab edirlәr ki, fransızca päre ‘ata’ sözünün indiki
mәnasını izah elәmәk üçün latınca pater-in hәmin mәnanı
132
bildirmәsini xatırlamaq kifayәtdir. Başqa misal: latıncadakı
qısa a söz әvvәlindә olmayan açıq hecada i sәsinә keçmişdir: