Page 135 - Ferdinand de Sössür_Layout 1
P. 135

Ümumi dilçilik kursu


                             §9. Nәticәlәr


             Belәliklә, dilçilik özünün ikinci dixotomiyasına keçir.
          Əvvәlcә biz dillә nitqi ayırdıq, indi isә ikinci yolayrıcındayıq;
          buradan iki yol ayrılır: biri — diaxroniyaya, o biri — sinx -
          roniyaya aparır.
             Tәsnifatın bu ikiqat prinsipindәn istifadә edәrәk indi deyә
          bilәrik ki, dildә diaxron olan hәr şey yalnız nitq vasitәsi ilә olur.
          Bütün dәyişmәlәrin mәnşәyi mәhz nitqdәdir; onların hәr biri
          ümumi istifadәyә daxil olmazdan әvvәl danışanların müәy -
          yәn hissәsi tәrәfindәn işlәdilir. İndi almanca ich war ‘mәn
          idim’, wir waren ‘biz idik’ deyirlәr, halbuki köhnә alman
          dilin dә XVI әsrә qәdәr ich was, wir waren şәklindә tәsrif edir -
          dilәr (indiyә qәdәr ingiliscә: I was, We were deyirlәr). Was әvә -
          zinә  war işlәnmәsi necә baş vermişdir? Ayrı-ayrı şәxslәr
          waren-in tәsiri altında analogiya ilә war-ı yaratmışlar – bu nitq
          faktı idi, tez-tez tәkrarlanan hәmin formanı kollektiv qәbul
          etmiş, o da dil faktı olmuşdur. Lakin nitqin heç dә bütün inno -
          vasiyalarına bu nailiyyәt qismәt olmur. Vә әgәr fәrdi olaraq
          qalırlarsa, onlara diqqәt yetirmәk nәyimizә lazımdır, biz dili
          öyrәnirik. Onlar yalnız kollektiv qәbul edәn andan baxış
          sahәmizә düşür.
             Tәkamül faktından әvvәl hәmişә nitq sferasının faktları,
          yaxud daha doğrusu, uyğun faktların çoxluğu gәlir : bu, yuxa -
          rıda müәyyәn edilmiş fәrqliliklә azacıq da olsa, ziddiyyәt
          tәşkil etmir – bununla ancaq tәsdiq olunur. Belә ki, istәnilәn
          innovasiyanın tarixindә biz hәmişә iki mәqamı qeyd edirik:
          1) onun ayrı-ayrı şәxslәrdә tәzahürü vә 2) zahirәn olduğu
          kimi qalmaqla, dilin kollektiv tәrәfindәn qәbul edilәrәk sis-
          temin faktına çevrilmәsi mәqamları.
             Aşağıdakı sxem dilçilik elminin qәbul etmәli olduğu
          ağlabatan formanı ifadә edir:

                                                                     135
   130   131   132   133   134   135   136   137   138   139   140