Page 136 - Ferdinand de Sössür_Layout 1
P. 136
Ferdinand de Sössür
Etiraf etmәk lazımdır ki, elmin nәzәri ehtiyaca cavab
verәn ağlabatan formaları heç dә hәmişә ona praktik
tәlәblәrin müncәr etdiyi şeylәrlә uyğun gәlmәz. Dilçilikdә
praktikanın tәlәblәri başqa elmlәrdәkindәn daha sәrtdir :
onlar dilçilik araşdırmalarında hazırkı zamana qәdәr hakim
olan yanılmalara müәyyәn dәrәcәyә qәdәr haqq qazandırır.
Hәtta bizim müәyyәn etdiyimiz fәrqlәnmәlәr hәmişәlik qәbul
edilsә, elmi axtarışları hәmin ideal naminә hәddindәn artıq
ciddi tәlәblәrlә әlaqәlәndirmәk, yәqin ki, lazım gәlmәzdi.
Deyәk ki, mәsәlәn, köhnә fransız dili üzәrindә sinxron
araşdırma apararkәn dilçi elә faktlara, prinsiplәrә dayanır ki,
onlar hәmin dilin XIII әsrdәn XX әsrә qәdәrki tarixinin
tәqdim etdiklәri ilә heç bir ümumi cәhәtә malik deyil. Lakin
onlar hazırkı bantu dillәrindәn birinin, eramızdan әvvәl V әsr
yunan (attik) dilinin vә ya nәhayәt, müasir fransız dilinin
tәsviri zamanı әldә oluna bilәn faktlarla, prinsiplәrlә
müqayisә edilә bilәr. İş burasındadır ki, bu cür tәsvirlәrin
hamısı uyğun münasibәtlәr üzәrindә qәrar tutur. Hәrçәnd hәr
bir ayrıca dil qapalı sistem yaradır, lakin onların hamısı bir
sıra daimi prinsiplәrin iştirakını nәzәrdә tutur ki, biz bir
dildәn başqasına keçәrkәn onlarla ardıcıl olaraq qarşılaşırıq:
belә ki, hәr yerdә eyni tipli hadisәlәr sferasında qalmaqda
davam edirik. Tarixi araşdırmalarda vәziyyәt tamamilә bu
cürdür: fransız dili tarixindә müәyyәn dövrü ( mәsәlәn, XIII
әsrdәn XX әsrә qәdәr), yaxud yavan dilini, yaxud da hәr
hansı başqa dili şәrh elәmәyimizdәn asılı olmayaraq hәr
yerdә elә uyğun faktlarla qarşılaşırıq ki, diaxron sәciyyәli
ümumi hәqiqәti müәyyәn etmәk üçün onların tutuşdurulması
kifayәtdir. Hәr bir alimin özünü dilçilik araşdırmalarının ya
136 bu, ya da başqa aspektinә hәsr edib müvafiq qaydaya uyğun
mümkün qәdәr daha çox sayda faktları әhatә etmәsi ideal iş