Page 139 - Ferdinand de Sössür_Layout 1
P. 139
Ümumi dilçilik kursu
on ilә, bir nәslin ömrünә, yüz ilә dә bәrabәr ola bilәr, hәtta
bundan da çox uzana bilәr. Ola bilir ki, müәyyәn zaman
әrzindә dil, demәk olar ki, heç dәyişmәsin, sonra isә bir neçә
ildә әhәmiyyәtli dәyişmәlәrә mәruz qalsın. Eyni dövrdә möv -
cud olan iki dildәn biri güclü tәkamül prosesi keçirәr, o biri
isә, demәk olar ki, heç dәyişmәz; ikinci halda öyrәnilmә
tama milә sinxron olacaq, birinci halda isә diaxron yanaşma
tәlәb olunur. Mütlәq vәziyyәt dәyişmәlәrin olmaması ilә
müәy yәnlәşir, lakin dil hәmişә, minimal olsa da, hәr halda
dә yiş diyindәn riyaziyyatçılar bir sıra әmәliyyatlarda, mәsә lәn,
loqarifmlәrin hesablanmasında sonsuz kiçik kәmiyyәtlәrdәn
imtina etdiklәri kimi, dilin vәziyyәtini öyrәnәrkәn praktik ola -
raq az әhәmiyyәtli dәyişmәlәrә fikir vermәmәk lazım gәlir.
Siyasi tarixdә zamanın nöqtәsi olan dövr ilә zamanın bәzi
fasilәlәrini әhatә edәn kәsimdәn ibarәt mәrhәlә fәrqlәndirilir.
Lakin tarixçilәrin hamısı Antonilәr dövrü, xaç yürüşlәri döv -
rü barәdә danışmış vә müvafiq zaman әrzindә qorunmuş әla -
mәtlәr mәcmusunu nәzәrdә tutmuşlar. Demәk olar ki, statik
dilçilik dә dövrlә mәşğul olur, lakin hәr halda “vәziyyәt”
termi ni üstündür. İstәnilәn dövrün әvvәli ilә sonu adәtәn ha -
di sәlәrin müәyyәnlәşmiş qaydalarının dәyişmәsinә istiqa mәt -
lәnmiş çox vә ya az dәrәcәdә kәskin hansısa çevrilişlәrlә
qeyd olunur. “Vәziyyәt” terminini işlәtmәklә biz belә bir
tәsәv vürü kәnara qoyuruq ki, guya dildә dә nә isә buna bәn -
zәr şeylәr baş verir. Bunun fövqündә, “dövr” termini mәhz
ta rix elmindәn alındığına görә dilin özü barәdә düşünmәkdәn
daha çox onu әhatә edәn, şәrtlәndirәn vәziyyәtlәr barәdә
düşün mәyә tәhrik edir. Bir sözlә, hәr şeydәn әvvәl bizim
yuxarıda xarici dilçilik adlandırdığımız hadisә baradә
tәsәvvür yaradır.
Yeri gәlmişkәn, zamanca mәhdudlanma – “dilin vәziy -
yәti” anlayışını müәyyәn edәndә qarşıya çıxan yeganә
çәtinlik deyil; mәkanca fәrqlәndirmәdә dә hәmin mәsәlә
qalır. Uzun sözün qısası, “dilin vәziyyәti” anlayışı tәxmini
olmaya bilmәz. Statik dilçilikdә, elmlәrin çoxunda olduğu
139
kimi, başlanğıcdakı dәlillәrin şәrti sadәlәşdirilmәsi olmadan
sübutedici heç bir mülahizә mümkün deyil.