Page 134 - Ferdinand de Sössür_Layout 1
P. 134
Ferdinand de Sössür
Lakin bir sıra hallarda hәmin sәhv açıq şәkildә görünür.
Deyәk ki, yunanca phukt"s ‘qaçılan’ sözünü aydınlaşdırmaq
üçün bunları demәk, görünür, kifayәtdir: yunan dilindә g vә
kh kar samitlәr qarşısında k-ya keçir ki, bu da phugeǏn ‘qaç-
maq’: phukt"s ‘qaçılan’, l khos ‘loja’: l ktron ‘lojanı’ (tәsirlik
halda) vә s. kimi sinxron uyğunluqlarda özünü göstәrir. Lakin
trǏkhes ‘saç’: thriksi ‘saça’ kimi hadisәlәrlә dә qarşılaşırıq ki,
burada t-nın th-yә “keçmәsi” ilә mürәkkәblәşmә göz
önündәdir. Bu sözün formaları yalnız tarixi baxımdan,
hadisәlәrin nisbi xronologiyalaşdırılmasından istifadә yolu
ilә aydınlaşdırıla bilәr. Lakin әsas olan *thrikh-ә - si
şәkilçisinin artırılılması kifayәt qәdәr qәdim hadisә olan
thriksί-ni verir – buna oxşar olaraq l ktron da lekh – kökündәn
әmәlә gәlir. Nәticә etibarilә, o nәfәsli sәsin ki eyni sözdә
arxasınca nәfәsli başqa sәs gәlir, birincisi müvafiq kar sәsә
çevrilir. Vә *thrίkhes sözü trǏkhesә çevrilir: tәbii ki, thriksǏ
hәmin qanunun tәsirindәn kәnarda qalmışdır.
134