Page 137 - Ferdinand de Sössür_Layout 1
P. 137

Ümumi dilçilik kursu

          olardı, lakin bu qәdәr rәngarәng dillәri elmi şәkildә bilmәk
          olduqca çәtin tәsәvvürә gәlir. Başqa tәrәfdәn hәr bir dil prak-
          tik olaraq bir tәdqiqat vahididir, odur ki, ona fasilәlәrlә hәm
          statik, hәm dә tarixi baxımdan yanaşmaq lazım gәlir. Hәr
          halda, heç zaman unutmaq olmaz ki, tamamilә nәzәri olaraq
          ayrıca dil birliyi öyrәnmә obyekti kimi nә isә sәthidir, halbuki
          dillәrin fәrqliliyi öz-özündә  dәrin bir vәhdәti qoruyub sax -
          layır. Qoy ayrıca bir dilin öyrәnilmәsi zamanı müşahidәçi
          hәm sinxroniyaya, hәm dә diaxroniyaya müraciәt etsin;
          hәmişә dәqiq bilmәk lazımdır ki, nәzәrdәn keçirilәn fakt iki
          aspektdәn hansına aiddir, sinxron vә diaxron araşdırma
          metodlarını da heç zaman qarışdırmaq olmaz.
             Göstәrilәn üsulla dilçiliyin tәrkib hissәlәrinin fәrqlәn -
          dirilmәsı bundan sonra da ardıcıl olaraq davam etdirilәcәkdir.
             Sinxron dilçilik, eyni bir kollektivin şüurunda qәbul edilәn,
          qarşılıqlı şәkildә mövcud olan elementlәri әlaqәlәndirәn vә
          sistem yaradan, mәntiqi vә psixoloji münasibәtlәrlә mәşğul
          olmalıdır.
             Diaxron dilçilik, әksinә, zamanca bir-birinin ardınca gәlәn
          vә eyni kollektiv şüurun qәbul etmәdiyi, yәni ardıcıl olaraq
          biri digәrini әvәz etmәklә yanaşı, bütöv olaraq sistem yarat-
          mayan elementlәri әlaqәlәndirәn münasibәtlәri öyrәnmәlidir.



















                                                                     137
   132   133   134   135   136   137   138   139   140   141   142