Page 140 - Ferdinand de Sössür_Layout 1
P. 140
Ferdinand de Sössür
II fәsil
KONKRET DİL MAHİYYƏTLƏRİ
§1. Konkret dil mahiyyәtlәri vә
nitq vahidlәri.
Bu anlayışların tәrifi
Dili tәşkil edәn işarәlәr özünü mücәrrәd deyil, gerçәk
obyektlәr kimi tәqdim edir: dilçilik dә hәmin gerçәk
obyektlәri vә onların münasibәtlәrini öyrәnir; onları bu elmin
konkret dil mahiyyәtlәri adlandırmaq olar.
Hәr şeydәn әvvәl, hәmin problemin iki әsas prinsipini
göz önünә gәtirәk:
1. Konkret dil mahiyyәti yalnız işarәlәyәnlә işarәlәnәnin
assosiasiyasına görә gerçәkdir (realdır): әgәr mahiyyәtin
kom po nentlәrindәn birini nәzәrdәn qaçırsaq, o itәcәk vә kon -
kret obyekt әvәzinә tam bir mücәrrәdlik qarşısında qala -
cağıq. Biz onu bütövlükdә qavradığımızı tәsәvvür edәrәk hәr
dәqiqә konkret dil mahiyyәtlәrinin yalnız bir tәrәfini qәbul
etmәklә risk edirik. Bu vәziyyәt, mәsәlәn, sәs zәncirini heca -
lara bölmәk istәsәk, özünü göstәrәcәkdir, çünki hecanın
dәyәrliliyi yalnız fonologiyadadır. Nitq zәnciri yalnız o halda
dil faktı olur ki, o, anlayış üçün әsas dayaq olur; öz-özlü -
yündә götürülsә, bu, fizioloji araşdırma üçün yalnız material
ola bilәr.
İşarәlәnәni işarәlәyәndәn ayıranda bu hal, eynilә ona da
aid olur. “Ev”, “görmәk” vә s. kimi nәzәrdәn keçirilәn anla -
yış lar öz-özlüyündә psixologiyaya aiddir. Onlar yalnız akus -
tik obrazlarla assosiasiyaya görә konkret dil mahiyyәtlәrinә
çevrilir. Dildә anlayış sәs substansiyasının xassәsidir, elәcә
dә müәyyәn sәslәnmә dә anlayışın xüsusiyyәtidir.
Hәmin ikitәrәfli vahidi tez-tez bәdәndәn vә ruhdan ibarәt
140
bütöv insan şәxsiyyәti ilә müqayisә etmişlәr. Bәnzәyiş o qә -
dәr dә uğurlu deyil. Onu kimyәvi birlәşmә, mәsәlәn, hidro -