Page 144 - Ferdinand de Sössür_Layout 1
P. 144
Ferdinand de Sössür
§3. Mahiyyәtlәrin vә vahidlәrin
ayrılmasının praktiki çәtinliklәri
Nәzәri baxımdan bu qәdәr sadә olan hәmin üsulu prak-
tikada istifadә etmәk asandırmı? Ayrılmalı olan vahidlәrin
sözlәrdәn ibarәt olması tәsәvvüründәn çıxış etsәk, asan
görünә bilәr. Əslindә, cümlә sözlәrin birlәşmәsi deyilsә, bәs
nәdir? Vә sözdәn başqa birbaşa verilәn ayrı nә ola bilәr?
Belәliklә, әvvәlki nümunәyә dönәrәk demәk olar ki, s i ӡ ә l
a p r ά nitq zәnciri bizim tәhlilimizdә ayrılan dörd vahiddәn
ibarәtdir ki, bunlar da dörd sözdür : si- je l’- ap- prends. Lakin
bununla belә, sözün nә olması barәdә nә qәdәr mübahisә get-
diyini xatırlayan kimi dәrhal şübhә yaranır. Yetkin düşüncә
ilә biz әmin oluruq ki, sözün adi anlamı bizim konkret vahid
barәdәki tәsәvvürlәrimizlә bir yerә sığmır.
Buna әmin olmaq üçün heç olmasa ʃәval (cheval yazılır)
‘at’ sözünü vә onun cәm halı fәvo (chevaux)-nu yada salaq.
Adәtәn deyirlәr ki, bu eyni sözün iki formasıdır, lakin
bütövlükdә götürsәk, bunlar hәr halda iki tamamilә fәrqli
şeylәrdir – hәm mәnaca, hәm dә sәslәnmәlәrinә görә. Fransız
dilindә mwa (le mois de dėcembre ‘dekabr ayı’) vә m w a z ( un
mois aprės ‘bir ay gec’)dә biz iki müxtәlif formada eyni bir
sözü görürük. Lakin burada yenә dә bir konkret vahiddәn
danışmaq olmaz: mәna, şübhәsiz, birdir, lakin sәslәnmә
parçaları müxtәlifdir. Belәliklә, әgәr biz konkret vahidlәri
sözlәrlә eynilәşdirmәk istәsәk, dәrhal dilemma qarşısında
qalardıq: ya fәval ilә fәvo, mwa ilә mwaz vә s.-i birlәşdirәn
münasibәtlәrin aydınlığına baxmayaraq bunu danmaq vә
tәsdiq etmәk ki bunlar müxtәlif sözlәrdir, ya da konkret
vahidlәr әvәzinә eyni sözün müxtәlif formalarını ehtiva edәn
mücәrrәdliklә kifayәtlәnmәk. Belәliklә, konkret vahidlәri
sözdә axtarmaq lazım deyil. Bununla belә, çoxlu sözlәr
mürәkkәb vahidlәrdәn ibarәtdir ki, onlarda aşağı sәviyyә
144
vahidlәrini (son şәkilçilәr, ön şәkilçilәr, köklәr) dәrk etmәk
çәtin deyil. Mәsәlәn, dėsir- eux ‘yanan’ , malheur- eux ‘bәd -