Page 146 - Ferdinand de Sössür_Layout 1
P. 146
Ferdinand de Sössür
§ 4. Nәticәlәr
Bu vә ya digәr elmin predmeti olan sahәlәrin çoxunda
vahidlәr barәsindә hәtta mәsәlә qaldırılmır: onlar birbaşa ve -
ri lir. Deyәk ki, zoologiyada biz lap әvvәldәn ayrı-ayrı hey-
vanlardan danışırıq. Astronomiya mәkanca ayrılmış vahidlәr –
göy cisimlәrinә әsaslanır. Kimyada ikixrom-sulfatlı kaliumun
tәbiәtini vә tәrkibini, onun nә isә tamamilә müәyyәn obyekt
olduğunu bircә dәqiqә dә şübhә etmәdәn öyrәnmәk olar.
Əgәr hәr hansı elmdә birbaşa müşahidә edilәn konkret
vahidlәr yoxdursa, o demәkdir ki, onlar hәmin elmdә xüsusi
әhәmiyyәtә malik deyil. Əslindә, mәsәlәn, tarixdә konkret
vahid nәdir: şәxsiyyәt, dövr, xalq?... Mәlum deyil! Lakin nә
әhәmiyyәti var? Hәmin mәsәlәni aydınlaşdırmadan da tarixi
axtarışlarla mәşğul olmaq olar.
Lakin şahmat oyunu bütövlükdә vә tamamilә taxta
üzәrindәki müxtәlif fiqurların kombinasiyasına dayandığı
kimi, dil dә bütövlükdә konkret vahidlәrin qarşılaşmasına
әsaslanan sistemdir. Biz hәmin vahidlәrә üz tutmasaq, bircә
addım belә ata bilmәyәcәyimiz kimi, onların nә olduğunu
özümüzә aydınlaşdırmaq cәhdindәn dә imtina edә bilmәrik.
Bununla belә, onların üzә çıxarılması elә çәtinliklәrlә bağ lı -
dır ki, haqlı sual doğurur: onlar gerçәk olaraq mövcuddurmu?
Belәliklә, dilin tәәccüblü vә heyrәtlәndirici xüsusiyyәti
ondan ibarәtdir ki, biz onda bilavasitә verilәn vә lap әvvәldәn
fәrqlәnәn konkret mahiyyәtlәr görmürük. Bununla belә, dilin
onların funksionallaşması ilә yarandığına şübhә olmadığı
kimi, onların mövcudluğuna da şübhә olmamalıdır. Bu,
şübhәsiz, elә bir xüsusiyyәtdir ki, dili bütün başqa semioloji
sistemlәrdәn fәrqlәndirir.
146