Page 150 - Ferdinand de Sössür_Layout 1
P. 150
Ferdinand de Sössür
sözlәrin isimlәrә, feillәrә, sifәtlәrә vә s. bölünmәsi mübahi -
sәsiz dil gerçәkliyi deyil.
Belәliklә, dilçilik ara vermәdәn qrammatiklәr tәrәfindәn
uy du rulmuş anlayışlar zәminindә çalışır ki, hәmin anlayış -
ların hәqiqәtdә dil sisteminin konstitutiv elementlәrinә uyğun
gәlib-gәlmәdiyini biz bilmirik. Lakin bunu necә bilәk? Əgәr
hәmin anlayışlar uydurmadırsa, onlara qarşı hansı hәqiqәtlәri
qoymaq olar?
Sәhvdәn qaçmaq üçün, hәr şeydәn әvvәl, әmin olmaq
lazımdır ki, konkret dil mahiyyәtlәri bilavasitә müşahidәyә
gәlmir. Onları әldә etmәyә, anlamağa çalışmaq lazımdır. Vә
yalnız o zaman biz gerçәkliklә tәmasda oluruq. Buradan çıxış
edәrәk onun sәrәncamında olan faktları qaydaya salmaqdan
ötrü dilçilik üçün zәruri bütün tәsnifatları işlәyib hazırlamaq
mümkündür. Başqa tәrәfdәn, bu cür tәsnifat zamanı konkret
dil mahiyyәtlәrinә deyil, nә isә ayrı şeyә әsaslanmaq o
demәkdir ki, mәsәlәn, nitq hissәlәri yalnız ona görә dil
elementlәridir ki, onlar mәntiqi kateqoriyalara uyğun gәlir –
demәli, unudulur ki, sәs materialından kәnarda mәnalı
elementlәrә üzvlәnәn dil faktları olmur.
C. Əslindә, bu fәsildә toxunulan bütün anlayışlar,
mahiyyәtcә bizim әvvәl dәyәrliliklәr adlandırdığımızdan
fәrqlәnmir. Şahmat oyunu ilә yeni müqayisә bunu anlamaqda
kömәk edir. Atı götürәk... O öz-özlüyündә oyunun
elementidirmi? Əlbәttә yox. Ona görә ki, taxta üzәrindә
tutduğu yerdәn qıraqda, öz materialı, elәcә dә oyunun digәr
şәrtlәri baxımından oyunçu üçün heç nә vermir. Oyunda
yalnız o halda gerçәk vә konkret elementә çevrilir ki,
dәyәrlilik alır vә onunla qırılmaz surәtdә bağlanır. Tәsәvvür
edәk ki, oyun zamanı hәmin fiqur sınır, yaxud itir. Onu eyni
әhәmiyyәtli başqası ilә әvәz etmәk olarmı? Əlbәttә olar. Atı
tәsvir edәn başqa fiqur yox, onunla heç bir oxşarlığı olmayan
istәnilәn predmetә, әgәr ona hәmin dәyәrlilik verilәrsә, at
fiquru ilә eynilәşdirilә bilәr. Belәliklә, biz görürük ki,
150
semioloji sistemlәrdә , mәsәlәn, dildә müәyyәn qaydalara