Page 153 - Ferdinand de Sössür_Layout 1
P. 153
Ümumi dilçilik kursu
Dilin tәfәkkürә münasibәtdә özünәmәxsus rolu anlayış -
ları ifadә etmәk üçün maddi sәs vasitәsi hazırlamaq deyil,
fikirlә sәs arasında vasitәçi mәrkәz olmaqdan ibarәtdir. Be -
lә cә, onların birlәşmәsi zәruri olaraq vahidin (bütövün) ikitә -
rәfli fәrqlәndirilmәsinә gәtirib çıxarır. Tәbiәti etibarilә
qar maqarışıq olan fikir zәrurәt yarandıqda hissәlәrә bölünür,
dәqiqlәşir. Belәliklә, nә fikrin maddilәşmәsi, nә dә sәslәrin
“spirituallaşması” vardır. Lakin hәr şey müәyyәn qәdәr belә
bir sirli hala gәtirib ki, “fikir-sәs” münasibәti müәyyәn
üzvlәnmә tәlәb edir. Vә dil hәmin iki amorf kütlәnin qarşı -
lıqlı әlaqәsindә formalaşaraq öz vahidlәrini hazırlayır. Suyun
sәthinә toxunan havanı tәsәvvür edәk: atmosfer tәzyiqinin
dәyişmәsi ilә suyun sәthi bir sıra bölünmәlәrә mәruz qalır,
yәni sadә desәk, dalğalar meydana çıxır. Mәhz bu dalğalar
fikirlә sәs materiyasının әlaqәsi, yaxud necә deyәrlәr,
“cütlәşmәsi” barәdә tәsәvvür yaradır.
Üzvlәrinә ayrılan dili sahә adlandırmaq olar, lakin bu
zaman üzvlәrinә ayrılmanı yuxarıda müәyyәnlәşdirilmiş
mәnada başa düşmәk lazımdır. Hәr bir dil elementi özünü ar-
ticulus- üzvlәnmiş seqment kimi tәqdim edir – burada anlayış
müәyyәn sәslәrә hopdurulur ki, nәticәdә sonuncular birin -
cilәrin işarәsinә çevrilir.
153
Dili, eyni zamanda, bir vәrәq kağızla müqayisә etmәk
olar. Fikir onun üz, sәs – astar tәrәfidir: üz tәrәfi kәsmәdәn