Page 158 - Ferdinand de Sössür_Layout 1
P. 158
Ferdinand de Sössür
ona oxşar olmayan nәyi isә, mәsәlәn, anlayışı qoymaq
mümkündür; başqa tәrәfdәn isә, onunla eyni cinsdәn olanla,
mәhz başqa sözlәrlә tutuşdurula bilәr. Belәliklә, sözün
dәyәrliliyini müәyyәnlәşdirmәk üçün kifayәt deyil ki, o, bu
vә ya digәr anlayışla tutuşdurula bilәr, yәni o, bu vә ya digәr
mәnaya malikdir; onu bundan başqa, oxşarı olan dәyәrliliklә,
yәni ona qarşı qoyula bilәcәk başqa sözlәrlә müqayisә etmәk
lazımdır. Sözün mәzmunu yalnız ondan kәnarda olanların
kömәyi ilә müәyyәn edilir. Sistemin tәrkibinә daxil olarkәn
söz yalnız mәna ilә deyil, hәm dә başlıca olaraq dәyәrliliklә
yüklәnir – bu isә tamam başqa şeydir.
Bunu tәsdiq etmәk üçün bir neçә nümunә kifayәtdir.
Fransız sözü mouton ‘qoyun, qoyun әti’ ingilis sözü sheep
‘qoyun’ ilә eyni dәyәrliliyә malik olmayıb, mәnasına görә
uyğun gәlә bilәr. Vә bu da ona görә belәdir ki, hazırlanaraq
masaya qoyulmuş әt parçası barәdә danışarkәn ingilis sheep
yox, mutton deyәcәk. İngiliscә sheep ilә fransızca mouton
arasında dәyәrlilik baxımından fәrq onunla bağlıdır ki, ingilis
dilindә sheep ilә yanaşı, fransızcada olmayan başqa söz dә
var.
Bir dil daxilindә yaxın anlayışları ifadә edәn sözlәr bir-
birinin sәrhәdini yaradır: sinonimlәr – mәsәlәn, redouter ‘eh -
tiyat etmәk’, craindre ‘qorxmaq’, avoir peur ‘qorxu keçirmәk’
– yalnız qarşı-qarşıya qoyulduqları sәviyyәdә dәyәrlilik
qazanır: әgәr redouter olmasaydı, onun bütün mәzmunu o biri
sözә keçәrdi. Vә әksinә, elә sözlәr olur ki, başqa sözlәrlә
әlaqәdәn zәnginlәşir: mәsәlәn, dėcrėpit (un vieillard dėcrėpit
‘әldәn düşmüş qoca’)-nın dәyәrliliyinә kәnardan daxil olmuş
yeni element başqa bir sözün – dėcrėpi (un mur dėcrėri
‘dağılmış divar’)-ın hәmin sözlә birlikdә mövcudluğu
sayәsindә meydana çıxır. Belәliklә, istәnilәn sözün dәyәr -
liliyi onunla әlaqәdar olan hәr şeylә müәyyәn olunur; hәtta
“günәş” mәnasını bildirәn sözün dә dәyәrliliyini, әgәr hәmin
sözlә bağlı olan hәr şeyi tәsәvvürә gәtirmәsәk, bilavasitә
158 tәyin etmәk çәtin ki, mümkün olsun – elә dillәr var ki, orada,
mәsәlәn, “günәşdә oturmaq” ifadәsi mümkün deyildir.