Page 163 - Ferdinand de Sössür_Layout 1
P. 163
Ümumi dilçilik kursu
gәlә bilәcәyi kimi, daha onu istәmir ki, hәr bir sәsin hәmişә
dәyişmәz keyfiyyәti olsun. Mәn hәtta fransız r-sını Bach, doch
vә s. sözlәrdәki alman ch-sı kimi tәlәffüz edә bilәrәm, lakin
alman dilindә r әvәzinә ch deyә bilmәrәm, çünki bu dildә
fәrqlәnmәli olan hәr iki element var. Deyәk ki, rus dilindә dә
t-nın t’ (yumşaq t) kimi tәlәffüz sәrbәstliyi ola bilmәz, ona
görә ki, nәticәdә dildәki iki fәrqli sәsin qarışdırılması baş
verәrdi (müqayisә et: говорить ‘danışmaq’ vә говорит
‘danışır’). Lakin th (nәfәsli t) tәrәfә yayınma mümkün ola
bilәrdi, çünki rus dilinin fonemlәr sistemindә th yoxdur.
Eyni vәziyyәt işarәlәrin başqa sistemindә – yazıda da
mü şa hidә olunduğundan biz hәmin problemin daha yaxşı
aydınlaşdırılması mәqsәdilә müqayisә apara bilәrik. Əslindә:
1 ) yazı işarәlәri sәrbәstdir; mәsәlәn, t hәrfinin yazılışı ilә
onun ifadә etdiyi sәs arasında heç bir әlaqә yoxdur;
2) hәrflәrin dәyәrliliyi xalis mәnfi vә diferensialdır: eyni
bir şәxs t hәrfinı müxtәlif cür yaza bilәr, mәsәlәn:
t A t
Lakin bir şәrtә әmәl olunmalıdır: t işarәsinin yazılışı l, d
vә başqa hәrflәrin yazılışı ilә qarışmamalıdır;
3) yazıda dәyәrlilik mәhdud sayda hәrflәrin yalnız
müәyyәn sistem çәrçivәsindә qarşı-qarşıya qoyulması ilә
yaranır. 2-ci bәnddә ifadә edilәnә uyğun gәlmәyәn bu әlamәt
eyni zamanda onunla sıx bağlıdır; belә ki, onların hәr ikisi
birin cidәn asılıdır. Qrafik işarә sәrbәst olduğundan onun fo r -
ması az әhәmiyyәtli, yaxud daha dәqiq desәk, ancaq sis temdә
şәrtlәndirilmiş çәrçivәdә әhәmiyyәtlidir;
4) işarәni yazmaqda istifadә olunan vasitәnin, sistemә
toxun madığı üçün, elә bir әhәmiyyәti yoxdur (bu, artıq bi -
rinci xüsusiyyәtdәn irәli gәlir): mәn hәrflәri istәnilәn mü -
rәkkәblә, qәlәmlә, yaxud kәsici alәtlә vә s. yaza bilәrәm –
bütün bunlar qrafık işarәlәrin mәnasına heç cür tәsir etmir.
163